Home
background


İKİ DÖVLƏT, BİR MİLLƏT

Dövlət Bahçəlinin Heydər Əliyev görüşməsi
Ulu  Öndər Heydər Əliyevin sağlığında qardaş Türkiyədən bir qurup siyasət adamı gəlmişdi. Azərbaycanı ikinci Vətəni sayan bu insanların içərisində, demək olar ki, başında, Milliyətçi Hərəkət Partiyasının (MHP) başçısı Dövlət Baxçalı  vardı.O, sözün əsil mənasında Azərbaycana və öz soydaşları olan Azərbaycanın Türk Xalqına çox bağlı bir insandır. Yumşaq, kövrək qəlbi var,  siyasi meydan da isə çox sərtdir. Vətənini və Türk Millətini o qədər çox sevir və onun siyasi problemlərinə can yandırır ki, onun bu ali insanlığı qarşısında hər kəs heyran qalır, onu böyük coşqu ilə alqışlayır. Türkiyə daxilində siyasi liderlər tribunasında aramsız çəkişmələrinə baxmayaraq, yenə onun üçün sonda Türkiyə və Azərbaycan birliyi və doğmalığı əsas yer tutur.
Ulu Öndər Heydər Əliyevlə maraqlı görüşü olmuşdur. Heydər Əliyev danışır, o isə məsləkdaşları ilə birlikdə sakit və təmkinlə onu dinləyirdi. Heydər Əliyevin masa qarşısında o qədər həsas idi ki, bütün diqqəti o insanın kəlmələrində, doğma, gülümsər baxışlarında idi.
Heydər Əliyev, Azərbaycan-Türkiyə sərhədlərinin açıldığı gündən bu günə kimi, iki dövlət, lakin eyni türk millətin nə qədər doğmalaşdığını bəhs etdikcə, Dövlət Baxçalı onun bu alicənablığı önündə o qədər məmnun idi ki... Dövlət Baxçalı, Ulu Türk Öndəri Mustafa Kamaldan sonra bu insanı Türk Millətinin həqiqi atası sanırdı.
Dövlət Baxçalı Azərbaycanın tarixi problemləri zamanı hər zaman Azərbaycan xalqının yanında oldu. Xüsusilə Xocalı soyqırımı onu daima düşündürən və siyasi tribunasından hayqırdığı ən güclü mövzulardan biri idi. Və haqqın, ədalətin gec-tez öz yerini tutacağına əmindi. Əlbəttə, Azərbaycanın Zəfər günü də gəldi. Dünya dövlətləri arasında ən böyük sevinən də Türkiyə xalqı və onun siyasi xadimləri  oldu. Dövlət Baxçalının hədsiz sevinci də möhtəşəm idi. Və o, Qarabağ- Şuşa sevincini bütün tribunalarından hayqırır və bu müjdəni bütün dünyaya verirdi.
Dövlət Baxçalı Türk Millətini hədsiz dərəcədə sevən, onun keçmişinə, dünəninə bağlı olan və bu günü ilə nəfəs alan, böyük vətənpərvər bir dövlət xadimidir.Türkiyə və milləti üçün bütün düşüncə və uzaqgörənliyi ilə Rəcəb Tayyib Erdoğanla eyni yolu gedən zirehli bir yolçudur. Bu, Turkiyə-Azərbaycan tarixi işığlı yoludur. Yolları hər zaman açıq və işığlı olsun. Amin!

 

R.Bahar Sonam
Bakı-İstanbul                                                                                                                 

04.09.2022    


 


 




Jurnallar






Kitablar