Efsanə, ya gerçəklər...
Bəzən insanlara elə şeylər təqdim olunur ki, onu insanlar gerçək kimi qəbul edirlər. Əslində isə həyatda olmayan şeylərdir. Sadəcə qədimdən ta bu günə kimi əfsanələr həqiqət kimi təsəvvürlərdə, yaddaşlarda yaşamaqdadır. Və mən hər zaman efsanələrin həqiqət olmadığını düşünürəm. Belə ki, efsanəyə görə haqq şairi İmaməddin Nəsimi insanın kamiliyyini önə çəkərək, bundan başqa hər şeyin boş, mənasız olduğunu üsyan etmiş, gerçək olan kamillik uğruna mübarizə aparmışdır. Onun bu kamiliyyi ilə barışmayan dövrünün cahil, dindar hökmüdar təbəqəsi, nəhayət onu, insan kütlələri qarşısında edam etmişlər.
Tarixmizin böyük söz ustadı Nəsimi demiş ki, “Həyatda iki cür insan var: Cahil və kamil insan!” Təbii ki, Enşteyn isə ondan sonra belə soyləmiş: “İki cür insan var – Yaxşı və pis insan”.
Azərbaycanın böyük tarixi şəxsiyyəti olan Nəsimi ilə Enşteyn fikirləri arasında böyük fərq var. Yəni, Nəsimi kamil insan dedikdə, əsasən şüurca mükəmməl inkişaf etmiş bir ali varlıqı diqqətə çatdırır. Enşteyn isə sadəcə yaxşı və pis insanı. Yəni, ola bilsin savadsız, dünyanın, həyatın əsil mahiyyətini dərk etməyən insan yaxşı insan ola bilər. Və yaxud, dünyanı dərk edən insan qəddar, pis insan ola bilər. Söhbət bunda getmir. Bu, Enşteynin fəlsəfəsinə uyğun gəlir. Lakin İmaməddin Nəsimi deyir ki, kamil insan cəhalət bataqlığını-məsum, savadsız, cahil kütləni öz əsarətləri altında saxlamaqdan ötrü, böş, mənasız dini ayinləri əllərində qorxulu silah kimi saxlayan din mənsublarının – hökmüranlar və onların əyanlarının bütün yalanlarını dərk edirlər.Yəni, insan azadlığının şüur, müstəqil düşüncə tərzini kamilliyinin zühuru, inkişafı və zirvəsi sanır. Bu həyati gerçəkliyə nayil olmağı isə, insan kütlələri arasında kütləvi təbliğatı əsas görür.
İmaməddin Nəsiminin “Kamil və cahil insan” fəlsəfəsi dünyəvi bir hikmətdir. Ona görə də onun fəlsəvi düşüncələrini dərk etmək, hər insan gücündə mümkün deyil. Və görkəmli Azərbaycan filosovu İmaməddin Nəsiminin necə edam olmasından bəhs edirəm. Bir gerçəyi diqqətə çatdırmaq istəyirəm ki, insanın dərisinin soyulması mümkün deyil. Çünki, insan vücudu o qədər zərif ki, onda soyulası, ələ gələsi dəri olmur. Yəni, Nəsimi soyulmayıb. Tarixdə belə şey olmayıb. Sadəcə, əsrlərlə cahil kütlələr sayəsində əfsanələşib. Bunu Azərbaycanın görkəmli akademiki Ziya Bünyadov da etiraf edir: “İmaməddin Nəsiminin dərisinin soyulmasının heç bir elmi əsası yoxdur.” Bəli, fəlsəfi dünya ədəbiyyatının inkişafında əvəzsiz yeri olan haqq aşiqi İmaməddin Nəsimi, dindar və mütəce əyalət hökmüranları tərəfindən, sadəcə edam olunub.
Məndə sığarikən cahan...
Mən bu cahana sığmazam!
R.Bahar Sonam
Bakı. 03.09.2022