Home
background


Z A M A N L A . . .

Mən, “Azərbaycan” nəşriyyatında “ARBS Fateh” Tarixi Araşdırmalar jurnalımın redaksiyasını qurdum. Sovet xarabalığından ibarət olan bir otağı ikiyə bölüb, yaşıl cənnət sarayı yaratdım. Qapıları, pəncərələri, dağ-divarları kokündən dəyişdirdim. Açılışı olacaqdı, bütün nəşriyyat mediası və digər ziyalı zümrəsi bu inqilabın bayramını səbirsizliklə gözləyirdi. Amma, mənim əlimdə güclü lahiyələrim olduğu, onları tamamlamağım üçün, redaksiyanın açılışı arxa plana keçirilmişdi. Mən  Dövlət kitabxanasında lahiyələri çalışırkən, bir gün eşitdim ki, Ağabəy Əsgərov icazəsiz qapını sındıraraq redaksiyaya daxil olmuş,  sonra isə onu başqa birisinə kirayəyə vermişdir.

Mən demişdim ki, vermədiyim ayların kirayə pulunu açılışdan sonra verəcəm. Axı, mənim çalışdığım lahiyələrdən biri, Prezidentə aid idi. Bu,pezidentin mətbuat administrasiyası üçün önəmli deyildi? Və Ağabəy Əsgərov redaksiyanın bütün əşyalarını məhv etdi. Belə bir dovlət sizin arxanızda durduğu üçün?

“Azərbaycan” nəşriyyatı Prezitentin işlər üzrə idarəsidir. Onun da rəhbəri Ramiz Mehdiyevdir. Ağabəy Əsgərovun, redaksiyaya bu tərzdə – basqı ilə girməyə heç bir hüquqi haqqı yoxdur. Məni dəvət edib söhbət edərdi. Məsələ də müsbət həll edilərdi. İndi isə o adam paşa-paşa mənə dəyən ziyanı ödəməyə borcludur. “Azərbaycan, nəşriyyatının büdcəsi hesabına.O, məni nə hesab edir? Təlimsiz, cahil əsgər?  Ağabəy Əsgərov ömründə Qurd görüb?

Bu məsələ barədə  ciddi ölçü götürülməsi barədə Əli Həsənova yazılı məlumat verdim.Lakin o, məni eşitmədi. Bu, hokumətin siması idi. Çünki o, mətbuatın – ictimai-siyasi məsələlər üzrə Prezidentin köməkçisidir. Hər bir mətbuat insanının qarşıya çıxan probleminin müsbət həlli üçün dövlətin rəhbəri ilə danışıqlara getməsi, səlahiyyət borcudur. Məgər bu, onun qanuni vəzifəsi deyil? Lakiin o, heç bir müsbət addım atmadı. Beləliklə, münasibətlərimizdə aqressiv dartışmalar törənməyə başladı. Hal bu ki mənə, ilk kəs xeyir-dua verən dövlət adamlarından biri idi.O zaman o, elə gözəl qəlb sahibi idi ki…

Əli Həsənov, prezidentin lahiyəsinin icrası zamanı yaranmış maliyyə borcları üzündən və buna görə kəskin dartışmaya görə məni izaholunmaz ağır yanğından keçirdi. Onun o qərəzli əmrləri – hərəkəti heç vaxt bağışlanmazdır. Generalların gücü yetmirdi məni ondan qorumağa. Bu acı səhifələr “İŞIĞ” romanında (1-2 -ci bölümlərində) elə real bəhs olunub ki… hər bir ağllı insanı dəhşətə salacaq qədər. Prezidentin xəbəri yoxdur.

Allah Böyükdür! O bilir, günahsızı yandıranla necə rəftar etmək lazımdır.

Son dəfə dövlətə müraciət edəcəm. Ali məhkəmənin sədri Ramiz müəllim də bu məsələyə laqeyd yanaşsa… 

Ağabəy Əsgərovdan on-bir min manatımı alacam. Əəgər ala bilməsəm… yəni qanunlar haqqı müdafiə etməsə… o zaman şəhidlərimin ehsanı olsun. Onsuz da MK Atamın 35 yeşik parası ilə keyf edib. Haramları olsun! Lakin, Allah Böyükdür! Mənim ahim onları yandıracaq!

İkinci lahiyəm, Hüseyn Cavid nəşrləri idi. Yeni anpulada mükəmməl təhlili, mənim “Azərbaycan” qəzetində çalışdığım böyük istəylərimdən biri idi. Və həyata keçirdim. Çox gərgin əməyim sayəsində.

Micəfər Bağırav öz ismini, törətdiyi zalimliyi, represyon cinayətkarlığları ilə qanla yazdı. Bu cümlənin hədsiz ağırlığını dərk edən hər bir – yaxşı, ya pis insan, mükəmməl hiss edir.  

M.Bağırov Azərbaycan türklərinə qarşı (O zaman stalinizmin ən qorxulu, başlıca prinsipi türkçü millətçiləri məhv etmək idi. Kim salamat qalmasını istəmişsə, yalnız rus və erməni qadınları ilə nigaha girməli, evlənməli idi. Bu, sovet rejminin pozulmaz qanunu idi.) törətdiyi qanlı tarixə baxmayaraq, Hüseyn Cavidin dövlət qonararına xüsusi diqqət etmişdi. Və onun hər bir əsərinə yüksək para təyin olunması üçün xüsusi göstəriş vermişdi. Lakin o, tədriclə Hüseyn Cavidin milli çırpıntılarını hiss, dərk etdikcə, gördükcə…

Bu gün isə, R.Bahar Sonamın tam fərqli və heyrətamiz söz – yaradıcılıq meydanında, stalinizm rejiminə tabe olan o M.Bağırov yoxdur? O zaman niyə görə bu Millətin ah-naləsi dünya ictimaiyyətini silkələyir?  Dövlət öz körpəsi kimi Xalqı qucaqlayıb bağrına basanda, onu əzizləyərək qayğılarını çəkəndə… əlbəttə, Xalq dövlətə daha çox sığınır, daha çox bağlanır.

Mən, çox gərgin əməyim sayəsində Hüseyn Cavidin beş cildlik kitabının yüksək nəşrini tamamladım. On min manat qonarara, məgər dəyməz? Dəyər! Hüseyn Cavidin təkcə isminə, bütün Azərbaycan adı dəyər. Çünki o, erkən yaşından özü üçün yaşamadı. Azərbaycanı, Xalqı uğruna fəda oldu.

… MK ikinci katibi Dövlət bəy heç zaman M.Bağırovu həzm etməmiş. Böyük cəsarəti ilə hər zaman seçilmiş. Dövlət bəyin tribunası:

–  M.Bağrov hər zaman deyir ki, biz müharibədən yeni çıxmışıq. Xalq yoxsul, çətin həyat tərzindədir. Sadə yaşayın. Bağırov belə söyləsə də, özü Zaqulbada bahalı bağlar, balıq hovuzları yaradır. Lakin, bu dövlət vəsaiti ilə neftçilər və əsgərlər üçün sanatoriyalar yaratmaq olar.

DTK – Yemelyanovun birinci müavini və qaynı olan Ələkbər Mustafayevlə olan Dövlət bəyin bu söhbəti, yerin hansı dəliyindənsə sızıb Bağırova çatmışdı. Bax, bundan sonra isə, Bağırovun qətl siyahısına yeni ismlər əlavə edilmişdi.( R.Bahar Sonamın “İttihamnamə” kitabı).

Kitab, DTKnın qadağan olunmuş arxiv sənədləri əsasındadır. Mən, Bağırovun yalnız məhkəməsinin kiçik bir hissəsini çap etdirdim. Bu sətirlər, olduqca çox dəhşətlidir!

M.Bağırov, Bütöv Azərbaycan olan Hüseyn Cavidə nə vermişdisə, hamısını qanla gözülərindən gətirdi. Ailəsini küçələrə atdı. Müşgünaz xanımın Turan və Ərtoğrulu ilə yaşadığı məşəqqətləri Azərbaycanın acı baxışlarından silmək, qeyri-mümkündür. Yüksək vəzifələrdə hökmüran olmasına baxmayaraq, Ərtoğrulun müalicəsinə öz doğmaları sahib çıxmadı. Hüseyn Cavidin Ərtoğrulunu da sovet rejminə qurban vedilər. Daha dəhşətlisi isə, Ərtoğrul xəstəlikdən öldükdən sonra, onun cənazəsi qadınları çiyinlərində məzara getdi. Bir kişi tapılmadı. Çünki, sovet hökmüranı Azərbaycan ərkeglərinin bütün ruhunu zəncirləyərək, öz qorxu köləsinə çevirmişdi. İndi qeyrəti, namusu olan mənim bu sualıma cavab versin. Belələri… KİŞİ SAYILIR?

İntim münasibət heyvanlarda da var!

Əfsanəyə görə… uzaq bir məmləkətin Sultanının qızı başqa bir məmləkətin cəngavər Hökmüdarının qəhrəmanlığı sorağı ilə onun məmləkətinə -ayağına gəlir. Qarşısında diz çöküb deyir ki, səndən bir oğul övladımın olmasını istəyirəm. Çünki, sən KİŞİSƏN!

“Arşin – mal alan” mükəmməl masadır!

Azərbaycanın hər bir dövlət məmuru yaxşı bilir ki, R.Bahar Sonamın Xalqına xidməti idealdır. Bu hədsiz əməy isə, Dövlətinə mükəmməl sədaqətdir. Onlar, mənim, ölümə belə susayan canavar- haqq uğruna qatı savaşçı, hökmlü xarakterimi əla bilirlər. Mən  bütün ömrüm boyu Azərbaycan Xalqımın acıları içində nəfəs aldım, yana-yana yaşadım. Öz yaşadığım böyük kədərimə onun hədsiz dərdlərini yüklədim. Çəkə bilmədiyim qədər. İstər Prezident , istərdə MTN məxfi çarxında çalışdığım zaman səhifələrinin həqiqətlərini etiraf etmədim. Susdum. Amma, eyni zamanda ürəyimi, Xalqımın problemləri uğrunda məmur dəyirmanlarında qeyri-adi məşələ çevirdim. Çünki, rəyasət divarları arxasında törənənləri görürdüm.

Azərbaycan Xalqının heç bir zaman SAHİBİ OLMAYIB! Ona görə bütün əsrləri – tarixi həyatı, haqqı –yurdları zəpt olunub. Həm daxili hökmüranları, həm də xarici –  hökmü keçənlər tərəfindən. Bütöv Azərbaycanının Güneyi, Rəvanı, Dərbəndi, Borçalısı və son zəpti – Qarabağı hər zaman sual altında qaldı.  Zaman-zaman haqqlarını sovunanları isə… elə zaman-zaman da represiyalara sürükləndi. 

Azərbaycanın Gülüstana çevrilməsi, Xalqının həyat tərzindən başlayır. Bu gerçəyi Xalqdan yox, dövlət məmurlarından start götürüldü. Elə bil, sovetdən qoparılmaq, onların Xalqın sərvəti hesabına afşorlaşması üçün məkirli plan oldu. Dövlətin bütün məmur komandası kral –saray həyatı yaşarkən, Xalqın uşaqları zibil yeşiklərindən bir parça əkməy axtarırlar. Darğa zorakılığı, evsizlik, işsizlik, aclıq-səfalət baş alıb gedir. Güc dövlət məmurları isə, işıqlı sarayları-həyatlarında xozeyn göbeklərini piylədirlər. Xalqın bütün sərvəti talanıb və bu davam da edir.

Biz, xeyli zaman öncə, sənədli-bədii, silsilə film smetası üçün səfirlik xətti ilə dövlətə müraciət etdik. “Heç kimsəni görə bilmədik”.  Gödüklərimiz məkrli düşmən baxışlar oldu. Sonra Moskvanın neft aliqarxı Vahid Ələkbərova elçi düşdük. O isə göbəyinə tumar çəkib:   
“Azərbaycanın neftinin ki, daha tükənməzdir.” Bunu, onun erməni fahişəsi çatdırdı. Və bu “Qarabağın erməni zəpti…” film lahiyəsi, Türkiyə masasında həlledilməz qaldı. Bu gün mən, qeyrətin nə olduğunu kiməsə başa salmağa daha gücüm yoxdur. Çünki, o nadir möcüzə, yalnız fərdlərin içindən püskürür.

Mən uzun illər – 2009-cu ildən… Mübariz Mənsimovun çox ağır lahiyələrini çalışıram. Yurnal, kitab və film… bütün həyatı boyu Azərbaycan Xalqı üçün yandıqlarını. Lakin, bircə dəfə də olsun, onun qapısını döyməmişəm. “2009 – cu ildə onun etibar etdiyi bir insanı, onun adından bizə çox böyük xəyanət etdi. Biz Türkiyə kürd-erməniləri caynaqlarında yaman köməksiz idik. Mübariz Mənsimovun adından biz köməksiz  qaldıq. Elə bir acılar yaşadıq ki... Qəribədir, niyə Azərbaycan Xalqı uğruna fədailər cəhənnəmdən keçməli olurlar?! Məgər, Azərbaycan Xalqını sevmək, onun uğruna yanmaq Tanrıya Günahdır? Bu gün bu Xalqı sevəni kimdir? Yananı kim?..

Amma, bu gün mən inanıram ki, R.Bahar Sonamın Azərbaycanı, Xalqı uğruna çəkdiyi bütün əziyyətlərinin dəyərini təkbaşına, seçkin Vətənpərvər oğlu Mübariz Mənsimov göstərə bilər. Çünki, o, tam fərqli insandır. Hərbdə zabit kimi kökləndiyi üçün, bir dövlətin etmədiyini o edə bilər. Çünki, dövləti xozeyn məmurlar idarə edir. O isə Xalqın acıları içində yetişən Xalqının oğludur. O, bütün xəzinəsini Azərbaycanının Baharı uğruna sovurmağa gücü yetər. Mən buna  inanıram! Lakin, heç bir zaman onun Xalqına olan böyük sevgisindən istifadə etməmişəm. “MÜBARİZ…” adlı böyük Layihələrim var.

Hər bir çəki və güc… ZAMANLA GÖRÜNÜR!

R.Bahar SONAM

Bakı – 21.09.2019


 


 




Jurnallar






Kitablar