Home
background


Uzun zamandır ki, dövlət mövqeyində üç güclü səs mücadilə edir: Mübariz Mənsimov, Fuad Abbasov və R.Bahar Sonam

Mübariz Mənsimovun Azərbaycan Xalqının ehtiyacları yolunda etdiyi təmənnasız xeyirxahlıqlar bütün dünya ictimaiyyətinin diqqətində. Bu gerçəkləri inkar etmək qeyri-mümkündür. Azərbaycan Xalqının hər bir sahə üzrə ağır əyintilərinə yüksək dəstəy verən yalnız Mübaqriz Mənsimovdur. O, keçmiş daxili kəşfiyyat zabiti kimi, problemin ağrılarını mükəmməl hiss edir və onu necə aradan qaldırmaq lazım olduğuna çox həssas yanaşır. Lakin, səhvləri də yox deyil. Belə ki, Mübariz Mənsimov hər zaman etiraf edir ki, Azərbaycanın güc dövlət məmurlqarı erməni kilsə künc-bucaqlarına qazı hədiyyə edir, lakin öz xalqımıza isə limitlə verir. Bu həqiqətin günahkarının isə güc məmurlarının olduğunu deyir.. Əslində isə, əsil həqiqəti bilərək, yalnız məmur hədəfini ifşa edir. Onun əsil məmur hədəfi isə Rövnəq Abdullayevdir. Masa üzərindəki məsələ isə budur: Əgər, Azərbaycanın Dövlət başçısı İlham Əliyevin və ətrafındakı güc məmurlarının bərabər yekdil rəyi olmasa, Rövnəq Abdullayev tək başına heç bir qəraq çıxara bilməz. Dövlətin maddi sərvətinin harcanması, yalnız Prezidentin sərəncamı əsasında icra edilir.

Mübariz Mənsimov məmur ordusunu birbaşa günahlandıranda, aidiyyatı olan o komanda, əlbəttə onun iradlarını Prezidentə qarşı kimi həzm edəcəklər. Və Mübariz Mənsimov istənilən halda hər zaman haklıdır. Erməniyə sovrulan maddi sərvətin icra əmrini verən Prezidentin olduğunu da, hamı kimi mükəmməl bilir.

Azərbaycanın güclü iş adamları çoxdur. Lakin, heç biri Azərbaycan Xalqının həyatında yoxdur. Mübariz Mənsimov Azərbaycanın problem okeanında bir damladır. Buna baxmayaraq o, üzərinə düşənin və ona ehtiyacı olan saysız-hesabsız kədərli insanların acı yüklərini çəkməyi başara bilir.

Fuad Abbasov da Mübariz Mənsimov qardaşı kimi türk qasırğasından qopan qeyri-adi atəşdir. Və düşdüyü bütün ictimai-siyasi məkanları büsbütün yandırıb keçdi. Mükəmməl də izin qoyub tarixin yazdı.

Ruslar imperiya zamanından – Pyotrlar sülələsi boyunca gürcüləri və erməniləri hiyləgər siyasi zəncirlərində bəsləyərək, onları yüksək rütbələrə basıb-bürümüşlar. Və qafqaz giosiyasi-iqtisadi ssenarilərinin zəptini bu “qullar”ın hesabına həyata tətbiq etmişlər. Bu məsələdə ermənilər xüsusi ustalıqla davranmışlar. Belə ki, rusların gözündə etibar qazanaraq, öz gizli, məkirli şəxsi maraqlarını da həyata yeritməyə çalışmışlar. İmtiyaz, torpaq və yeni mövqelər. Zaman keçdikcə ermənilər rusların yüksək elit təbəqələrinə nəsil artırmağa nail olmuşlar. Tarixi araşdırmalara istinadən əksər rus ordusunun başında hər zaman güclü hərb təlimli erməni komandan olmuşdur.

Erməni  varlığı – sözü keçərliyi bütün zaman axarınca rusların elit-hakimiyyət təbəqəsində öndə olmuşdur. Onlar psixoloji nöqteyindən rus ideologiyasını üstələmişlər. Və hər zaman rusun istənilən masasında erməni məsələsi məqbul sayılmışdır. Bu uzundərə haqda çox danışmaq olar. Lakin, Fuad Abbasov tribunası… Bax bu, həqiqətən Azərbaycan Tarixində Möcüzə oldu.

Fuad Abbasov etdiyi qeyri-adi inqilabi-intibahı ilə əsrlər boyu ermənilərin siyasi məkrlə kor etdiyi rusların gözlərini açdı. Və ruslar – palitoloqları, qatı siyasətçiləri, xüsusilə rus mediyası anladı ki, erməni necə də alçaq bir heçmiş. Erməni icmaları, istər Avropa məkanlarında, istərdə baş məclislərdə öz iftira yalanlarıya necə də ayaq tutub yerimişlər. Azərbaycan nöqtəsində olmayan tarixi keçmişlərini var kimi – Azərbaycan kimi İrəvan, Qarabağ kimi təqdim etmişlər.  Əslində, erməni icmalar ilk kəs Azərbaycan torpaqlarına  suriya və Anadolu məkanlarından köçmüşlər. İrəvanın əski adı Rəvandır. Rəvan isə, Şah İsmaylın baş cəngavər sərgərdəsinin adıdır. İlk Rəvan qalanı isə, ilk insan izi ilə o yüksəltmişdır. Və zaman axarınca gör Azərbaycan əraziləri necə parçalanmağa məruz qalmış.

Zərdüşt Əlizadə bir Millət Vəkili kimi qəbul edilməzdir. Çünki, o dövlətin dördüncü hakimiyyəti olan mətbuat insanını dövlət mövqeyi nöqteyindən dəstəkləmək əvəzinə, əzəli və əbədi düşmən olan erməninin məkr dəyirmanına su tökür. Fuad Abbasovun rus kanallarında siyasi tribuna fəthi  Polad Bülbülöğlunun deyil,  özünün cəgavərliyinin nəticəsidir. Polad Bülbüloğlunun onu müdafiə etməsi isə, hər şeydən öncə vətənpərvər mövqeyində olmasıdır.

Zərdüşt Əlizadə özü mükəmməl ziyalı ailəsindəndir. Lakin onun düşmən diqqətində  belə davranışı qəbul edilməzdir. Onların hər ikisi Fuad Abbasovu eyni yüksəklikdə dəstəkləməlidir. Çünki, Azərbaycan Xalqının erməni masasında çox ağır problemləri var. Bu, təkcə işğal edilmiş ata-baba yurdları deyil. Eyni zamanda, əsirlikdə olanların məkirli erməni əclaflarının dözükməz işgəncələrinə hələ də məruz qalmalarıdır. Zərdüşt Əlizadə tez-tez bağışlanmaz səhvlərə yol verir. O, Mehman Hüseynovun anasını da ağır təhqir etmişdir. Ümumiyyətlə millətin seçmədiyini Millətin Vəkili sanmıram. Onlar öz şəxsi ambisiyalarını yürütməkdən ötrü çapa göstərirlər.

Azərbaycanın Prezidenti Avropa məclislərinin birində təkbaşına Türkiyə dövlətini müdafiə etdi: “Burda Türkiyə yoxdur, lakin mən varam!”

Hər hansı vicdanı borcu yerinə yetirməkdən ötrü, heç bir rəsmi sənəd gərək deyil!

Polad Bülbüloğlu da bəzən kobud səhvlərə yol verir. Erməni çətələri ilə barışıq arzulayır. Bu, heç bir zaman baş verməyəcək! Özü tək başına erməni ilə dostluq edə bilər.

Səyavuş Novruzov isə heç bir xəyallara qapılmasın. Erməni heç bir zaman Azərbaycanın Milli Məclisinə ayaq açmayacaq.

Qaldı, rus tv kanallarını fəth etmək… bu yalnız və yalnız çevik və qeyri-adi vətənpərvər insanın gücü müqabilində baş verən möcüzədir.

Fuad Abbassov öz kök tarixinə istinadən, ilk kəs olaraq rus – erməni cəbhəsini yarmış oldu. Əlbəttə, o da rusların erməni zəhərli  okeanında bir damla şəffaf gücdür. Amma, zəfərini möhtəşəm qazandı. Fuad Abbasov tribunası, hər bir rus-erməni fədaisinə çox güclü təpki, örnək oldu. Qaldı, Ağadadaş Kərimov kimilər… Fuad  Abbasov o tarixi həqiqəti də mükəmməl bilir ki, erməni qadınları ilə nigaha girib, ətəyləri altında post çalışanlar kifayət qədərdir. Və bu gün diasporanın Azərbaycan Xalqının mənafeyi yüksəlişində heç bir önəmi yoxdur: Nə torpaqlarının tarixi dəyişikliyində, nə də həyat tərzinin rifahı inkişafında. Azərbaycan diasporası adı arxasında biznes dəllallığı var.

Mən əminəm ki, Mübariz Mənsimov və Fuad Abbasovla bərabər “Dövlət və Məsuliyyət” adlı möhtəşəm tarixi lahiyə böyük uğurla həyata keçiriləcək. Hər bir iş və mətbuat adamının Mübariz və Fuad Abbassov kimi dəyərli Azərbaycan omağı diləyirəm, ALLAHDAN! Uğurlar!

Dövlətin məsuliyyəti Xalqdır!

ARBS.


Jurnallar






Kitablar