Home
background


“Uçağan”dan başlanan yol… İTTİHAMla son olan…

İTTİHAMNAMƏ

Mir Cəfər Bağırovun MƏHKƏMƏSİ
(DTK Arxiv materialları)

Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından respublikamızda cəmi iki cildlik sənəd qalıb. Kitab Azərbaycan Respub-likası Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılan həmin iki cildlik material əsasında tərtib edilib.

BAĞIROV MİR CƏFƏR A B B A S O Ğ L U

ŞƏXSİ İŞ:

BAŞ DÖVLƏT TƏHLÜKƏSİZLİK İDARƏSİNİN XÜSUSİ EHTİYAT UÇOTUNDA QEYDİYYATDA OLAN DAXİLİ İŞLƏR XALQ KOMİSSARLIĞI İDARƏSİNİN MÜDİRİ VƏZİFƏSİNDƏ ÇALIŞAN YOL. BAĞIROV MİR CƏFƏR B A R Ə D Ə:

A R A Y I Ş

(tərtib olunub 28. III. 37.)

ANADAN OLDUĞU İL, YER – 1895, Bakı quberniyası, Quba ş.;
MİLLİYYƏTİ – Türk;
İCTİMAİ VƏZİYYƏTİ – qulluqçu, – yoxsul kəndli;
ÜK(b)P ÜZVÜ – 1917-ci ildən;
TƏHSİLİ – orta, (ibtidai);
ANA DİLİ – Türk;
HANSI DİLLƏRİ BİLİR – türk, rus, ləzgi.

Qabaqlar ÜK(b)P–da olub-olmaması, digər partiyplprın üzvü olub-olmaması, müxalifətdə iştirak edib-etməməsi, əvvəlki hökumətin ordusunda xidmət edib-etməməsi barədə sorğuya «yox» cavabı verilmişdir.

«Partiya cəzası varmı» sualına – «1929-cu ildə ÜK(b)P MK-nın xəbərdarlığı» cavabı var.

Şəxsi və xidməti Tərcümeyi-hal
1915-1917-ci illər arasında kənd müəllimi işləyib. Fevral inqilabının əvvəlindən bir sıra rəhbər vəzifələrdə çalışıb. 1918-ci ildən 1921-ci ilədək əvvəlcə Qızıl Orduda müxtəlif siyasi rəhbər v ə z i f ə l ə r d ə: polk komandiri, Azərbaycan diviziyasının hərbi komissarı, Rusiya hərbi dairəsi Qafqaz korpusunun təlimatçısı, Azərbaycan diviziyası inqilab tribunasının və səyyar sessiyasının sədri kimi vəzifələrdə çalışıb.
1921-ci ildən 30-cu ilədək Xalq Daxili İşlər Komissarlığı Baş Siyasi idarəsi orqanlarında ç a l ı ş ı b: Azərbaycan Baş Siyasi İdarəsində sədr, 1927-ci ildən 30-cu ilədək isə orada kollegiyanın sədri, eyni zamanda Zaqafqaziya su təchizətı idarəsinin rəisi vəzifəsində çalışıb. 1930-cu ildə kollegiya sədrliyindən azad olunub və bütünlüklə Zaqafqfziyanın su təchizatı işinə keçib. Sonra partiya işinə keçirilib. Hazırda AK(b)P MK-nın katibidir. Hərbi xidmətlərinə görə bir sıra m ü k a f a t l a r a, Əmək ordeni, Qırmızı Bayraq ordeni və s. layiq görülüb.


T ə h s i l i – Quba şəhərində 4 sinif, Petrovsk şəhərində 2 illik pedaqoji kurs bitirib.
Ailə vəziyyəti:
Arvadı – YEVGENİYA, 20 yaşında;
Anası – MARİYA, 52 yaşında;
Bacısı qızı – SƏKİNƏ, 14 yaşında;
Oğlu – VLADİMİR, 10 yaşında.

M Ə X F İ
0043 №-li cinayət işi üzrə
1. BAĞIROV MİR CƏFƏR ABBASOVİÇİN,
2. ATAKİŞİYEV AĞA SƏLİM İBRAHİM OĞLUNUN,
3. MARKARYAN RUBEN AMBARSUMOVİÇİN,
4. QRİQORYAN XOREN İVANOVİÇİN,
5. BORŞEV TİMOFEY MİXAYLOVİÇİN,
6. YEMELYANOV STEPAN FYODOROVİÇİN
RSFSR CM-nin 58 – 1 (b); 58 – 8; 58 – 11 maddələri ilə müqəssir bilinmələri bərədə…

…Çox qəribədir ki, Sovet inperiyası tərəfinfən Azərbaycan KP-nın yüksək səlahiyyət kabinetlərinə təyin olunan məsuliyyətli şəxslər tədriclə, Sovet partiyasına və hökumətinə qarşı cinayyət işləri ilə məşqul olmağa başlayıblar. Mükəmməl insan dəqiq anlaya bilmir ki, tarixi yazanlar həqiqətləri yazıblarmı? Araşdırıb öyrəndiklərimiz bəlkə də tarixin gerçək üzüdür. Çünki, Azərbaycanda Milli Hökumət bolşevik hakimiyyətin əlinə keçdikdən sonra, sil-silə olaraq saysız qədər də qarışıqlıq, zoorakılıq, çalıb-çapmaq siyasəti yeridilmişdir. Bəlkə də müxtəlif hökumət vəzifələrində çalışmış M.Bağırov daha yüksəkliyi qazanmaq üçün özünə hiyləgərcəsinə təcrübə toplamışdır. Və siyasi əqidəcə Beriya ilə birləşmişdir. Təəccüblüdür, Axı onsuz da M. Bağırovun Azərbaycanın başına keçməsi real ikən, ona daha nə lazım olmuşdur. Və Beriya ilə Sovet partiya-hökumətinə qarşı əksinqilabi təşkilatlanmaq onun nəyinə gərək imiş? Bu necə bir iblis məqsədi olmuşdur ki, bu cinayətkar yolunda Sovet İmperiyasına sədaqətlə xidmət edən namuslu ziyalı zümrəsinə, dövlət xadimlərinə və kütləvi surətdə Azərbaycan xalqına saysız-hesabsız divanlar tutmuşdur. Əgər M.Bağırovun fəaliyyəti saxtalaşdırılıbsa, o zaman Azərbaycan xalqının başına gətirilənlərin günühkarı kimdir. Axı, Azərbaycan MK-nin başçısı M.Bağırov olub. Əgər, onun Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətlər İ.V.Stalinin əmri olubsa, o, bu tarixi vəhşiliklərə imza atmamalydı. Demək, özünün hakimiyyətçiliyini qoruyub saxlamaq üçün, mütləq xalqa qarşı cinayətə əl atmalı idi? Ətrafına topladığı erməni-rus-gürcü itlərinin hesabına planlaşdırdığı bütün qanlı aksiyalarını həyata keçirmişdir. Bəzi tarixçi və jurnalistlər onun günahsız olduğunu etiraf edirlər. Bu, çox qəzəbdoğrucu söləntidir. Əgər bu həqiqətdirsə, o zaman Azərbaycan 37-39-cu illərin represiyyasını kim həyata keçirib? Tarixin bu amansız işgəncəli qara səhifələrini kim yaradıb? KİM??? Bu gün, hətta uşağı da aldatmağ mümkün deyil!
M.Bağırov milliyyətcə türk olmayıb. Çünki, anası Mariya başqa millətə mənsubdur.Atasının türk olduğu müəmmalıdır.
ARBS.

İSTİNTAQ MATERİALLARINA ƏSASƏN
…. İstintaq materiallarından göründüyü kimi, M.C.Bağırov heç də şəffaf sovetçi olmayıb. Onun necə düşmənçilik prinsipləri yürüdən qatı qərəzçi olduğunu Daxili İşlər Komissarlığın keçmiş əməkdaşları D.P.Vozniçuk (keçmiş baş həbsxana nəzarətçisi), Dudiyev, Xaldıbanov, Ananyev, Əliyev, Zahid Bağırovun şahidlik ifadələri təsdiqində öz əksini tapmışdır. M.C.Bağırov Azərbaycanın Ali Sovetinin Sədri Məcid Əfəndiyevi Azərbaycan Kommunist Partiyasının 13-cü qurultayının iclas çıxışlarında açıqca təhqir-şantaj edərək, qurultaydan dərhal sonra -1937-ci ilin 24 iyununda Sumbatovun əli ilə həbs etmişdir. Onu hökumətə qarşı əksinqilabi fəaliyyətdə günahlandıraraq dözülməz işgəncələrə məruz qoymuşdur. Və 1937-ci il 5-6 oktyabrda daxili işlər komissarlığının əməkdaşlarının apardığları və tərtib etdikləri istintaq protokollarına imza atan M.Əfəəndiyev əksinqilaba üzv olduqunu bildirmişdir. Ruhulla Axundov və başqaları ilə bərabər hökumətə qarşı təxribatçılıq işlərili apadığını etiraf etmişdir. Bu yalan ifadə məcburiyyət üzündən, ona qarşı edilən amansız işgəncələr nəticəsində baş vermişdir. M.Əfəndiyevlə bərabər keçmiş orqan işçisi Pavlova da amancız işgəncələr verilmişdir. Nəhayət, M.Əfəndiyevin müqəssir olduğuna “sübut” kimi Ruhulla Axundovun və digərlərinin saxtalaşdırmış sənədlərinə əsasən. M.Əfəndiyev 1938-ci ildə güllələnib.
Məyər bu taaarixin yaddaşı saxtadır?
Ya təhrif edilib?
Əsla! Çünki, Azərbaycanın namuslu ziyalılarına qarşı bu qara tarixi birbaşa yaradan, yalnız M.C.Bağırov olub.
ARBS.

…Mən belə başa düşürəm ki, istintaq materiallarına əsasən, M.C.Bağırov normal insaniyyətdən çox uzaq olub. Axı o, istədiyi dövlət zirvəsində idi. Əlbəttə, Stalinizmin “tunc kolgəsi-koləsi” Beriyanın vasitəsi ilə. Və qatı qərəzçi Beriyanın əsas marağının hədəfinin mənası-məqsədi nə idi? Gürcüstan versiyasının acınacaqlı səhnələri sayəsində hansı və necə bir nəfsinə nail olmağa çalışmışdır?! Məsum insanların kütləvi rəzalətlərə düçar edilməsi, onun nəyinə lazım idi? Yoxsa bu, onun iblis hobbisi olmuşdu? Və onun “cinayətkar məktəb”ini təkrarlayan M.C Bağırov…
Şantaj etdiy ləyaqətli insanları məhv etməkdən ötrü, canavar əlaltılarına- Sumbatov, Yemelyanov, Kolya Musatovun, Tsinmanın və başqa azğın, quduz itlərinin vasitəsilə necə işgəncələr verdiyi, sahidlərin etiraflarında vərəqlənir. M.C.Bağırov bu quduz itləri hər zaman zəncirləri ilə halqalamış və bütün qərəzli-şəxsi düşmən ambisiyalarını, hətta özünün də iştirakı ilə həyata keçirmişdir.
M.C.Bağırov nələ 1921-ci ildə Azərbaycan Fövqəladə Komitəsinin sədri olduğu zaman bilirdi ki, Beriyanın musavat əkskəşviyyatı ilə bağlı cinayət işləri vardır. Və onun cinayətkar keçmişini gizlətməyə çalışmışdır. Bağırov aydın bilirdi ki, Beriya musavat əkskəşfiyyatına kommunist partiya və ya digər inqilabi təşkilatlardan göndərilməmişdir. O, ingilislərin nəzarətində altında fəlaiyyət göstərən musavat əkskəşviyyatına öz xoşu ilə qoşulmuş və inqilabi fəhlə hərkatına qarşı fəal mübarizə aparmışdır. Bağırov Beriyanın cinayətkarlıqlarından xəbər tutan bütün insanları aradan götürməyə çalışaraq, onun sənədlərini məhv etmiş və Baeriyaya ötürmüşdür. Daxili və Təhlükəsiz orqanlarda çalışan öz adamlarının dəstəklərindən sui-istifadə etmişdir.
Bağırov və onun əlaltıları günahsız insanların guya ki, Beriyaya, Bağırova Sumbatova -Topuridzeyə qarşı terroçuluq aktları hazırlanması barədə yalan ifadələr verməyə məcbur edirdilər. Bağırov öz məsləkdaşları-keçmiş menşevik Sumbatov-Topuridze, eləcə də bu iş üzrə müqəssir bilinən Atakişiyev, Markaryan, Qriqoryan, Borşev və Yemelyanov yüzlərlə, minlərlə insana divan tutulmasına səbəb olmuşlar.
Bu yolla əksinqilabi fəaliyyətdə günahlandırılan və qətlə yetirilənlər arasında Azərbaycanın MK katibləri Ruhulla Axundov, Əliheydər Qarayev, ZSFSR XKS-nın keçmiş sədri Qəzənfər Musabəyov, sədr müavini Mirzə Davud Hüseynov, Azərbaycan əkinçilik üzrə keçmiş xalq komissarı Heydər Vəzirov, Azərbaycan xalq komissarları sovetinin keçmiş sədri Dadaş Bünyadzadə, Azərbaycan MİK sədri Sultan Məcid Əfəndiyev, Azərbaycan XKS sədri Hüseyn Rəhmanov, Azərbaycan kommunal təsərrüfat üzrə xalq komissarı Həmid Sultanov, Azərbaycan XKS müavini Xəlilov, Azərbaycan Xalq Maarif komissarı Güvarlinski, Azərneftin keçmiş rəisi Barinov, Xəzər gəmiçiliyi idarəsi siyasi şöbəsinin rəisi Həsən Rəhmanov, Azərbaycan Fövqəladə Komitəsinin keçmiş sədri baba Əliyev və başqaları.

Azərbaycanın yüksək dövlət insanlarına, yazar-şair və bir çox müxtəlif sahənin ziyalılarına, eyni zamanda rayon-kənd bölgələrinin adi kolxozçularının da həyatına qarşı kütləvi şantaj-terror etmək, axı onun hanısı marağına xidmət etmişdir? Guya özü və Sumbatyanlara qarşı terror qəsdində olublar?
Əslində, Bağırov-Beriya cütlüyü əlaltılarını kütləvi qətllərin ssenarisinə cəlb edərək, sovet hökumətinə qarşı böyük xəyanətləri törədiblər.

1953-cü ilin iyununda L.P.Bariyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq, hakimiyyəti ələ almaq, sovet fəhlə-kəndli quruluşunu dağıtmaq, burjua hakimiyyətini bərpa etmək məqsədilə SSRİ hökumətini və Sov.İKP –ni Daxili İşlər Nazirliyindən asılı vəziyyətə salmaq cəhdləri dövlət, partiya əleyhinə cinayətkar fəaliyyət kimi MK tərəfindən ifşa edilmişdir.
SSRİ Ali Sovetinin 1953-cü il 8 avqust tarixinə müafiq olaraq Beriyanın və onun əlaltılarının işi baxılmaq üçün SSRİ Ali Məhkəməsinə göndərilmişdir.
1953-cü il dekabrın 23-də SSRİ Ali Məhkəməsi Vətənə xəyanət və digər ağır dövlət cinayətləri törətdiklərinə görə Beriya və onun yaratdığı xəyanətkar qrupun digər fəal üzvləri: Merkulov, Dekanorov, B.Kabulov, Qoqlider,Meşik, Vlodzimirski ən böyük cəzaya – güllələnməyə məhkum edildilər.
Beriya və onun əlaltılarının ifşası ilə əlaqədar olaraq, sui-qəsdçi qrupun başçılarının Beriyanın digər həmməsləkləri ilə əlaqələri araşdırılmağa başladı. Məlum oldu ki, xalq düşməni Beriyanın ən yaxın və məslək dostu uzun illərdən bəri cinayət fəaliyyətdə onunla sıx tellərlə bağlı olan, bu iş üzrə müqəssir hesab edilən M.C.Bağırovdur. Göstərilənlərə əsasən, M.C.Bağırov həbs olunmuşdur.
ARBS.

…Ümumiyyətlə, tarixi yazanda, mövcud zamanın əsil gerçəklərinin yazmaq lazımdır. Heç bir həqiqətə uyğun olmayan ziddiyyətli kadrlar ortaya çıxanda, həm araşdırmaçı üçün, həm də ümumi oxucu üçün anlaşılmazlıq çətinlikləri yaranır. Bu kitab Əkrəm Əylislinin “Hökmüranlar Allahdan qorxmur” başlıqı altında olan versiyalardır. Zaqafqaziyanı, eyni zamanda Azərbaycanı sovetləşdirmək təbliğat və təşkilində M.C.Bağırovun sağ-sol fəaliyyətləri, ümumiyyətlə nə işlə məşğul olduğu haqda məlumatlar və araşdırmalar əks olunur. Doğrudur, M,c, Bağırovun Azərbaycan xalqına qarşı xətaları adi deyil, həddindən artıq böyük cinayətkarlıqlardır. Lakin, elə versiyalar bəhs olunur ki, bu tarixin ağ yalanı kimi başa düşülür. Yəni M.C.Bağrovun Quba həyatı – Xaçmazda müəllimlik etməsindən sonra Quba qəzasının rəisi Zizinski fəaliyyətinə qoşulması, Zizinskinin isə Quba qolçomaqlarını, mülkədarlarını və bəylərini silahlandıraraq erməni ailələrinə qarşı amansız qətliamlar törətməsi inandırıcı deyil. Bu tükürpədici səhifələr tarixi həqiqətlərmi?
M.C.Bağırov Beriya təmasının hiylə-məkrli prinsipləri çox ağır cinayətlərdir. Bilmək olmur bu olaylar nə dərəcədə doğrudur?! Axı, M.C.Bağırovun yaxşı insan olduğunu da söyləyənlər az deyil. O zaman, bəs Azərbaycan xalqına-dövlət və ictimai xadimlərinə, yazar-şair zümrəsinə və minlərlə sadə insanlarına qarşı amansız işgəncələr verib, sondada güllələnməsinə əmr verən kim olub? M.C.Bağırov olmayıb?
SSRİ Ali Məhkəməsinin istintaq araşdırmalarında dindirilən şahidlərin bütün etirafları arxiv sənədləridir. Bu versiyalara yalan-saxta demək mümkünmü?
Beriyanın həbsindən sonra onun şəxsi arxivində tapılan o məktub məsələsi?.. Onun məzmunu da yalanmı-saxta idimi? Bu məktubda M.C.Bağırovun Azərbaycan xalqına – say-seçmə insanlarına və rayon-kənd təəssərüfatçı minlərlə məsum insanlarının şantaj yolu ilə divan tutulmasına, məgər M.C.Bağırov günahkar deyil? Hətta, təəccüblüsü də budur ki, onların sırasında miliyyətcə ruc, gürcü və erməni də olub. Bu, Sov.KP MK-nın sıralarının təmizlənməsi idi. Axı, günahsız xalqın nə pis işi vardı, Sovet “islahatçılığında”.
Tarixin dəhşətli növbəti qara səhifəsi:
İstintaq Bağırovun Beriyanın xəyanətkar keçmişini ört-basdır etməkdə fəal iştirakçı olması barədə digər faktları da aşkara çıxarırdı.
Şahid Tahirov deyirdi:
“Bağırovu mən 1921-ci illərdən tanıyırdım. Sonra illər ərzində onunla iş prosesində qarşılaşırdım. Bizim münasibətlərimiz yaxşı idi, odur ki, bir-birimizin evində olurduq.
1923-cü ildə bir axşamçağı Bağırov və o zaman Azərbalıq idarəsinin sədri Baba Əliyev bizim bağa yığışmışdılar. Biz şam etdik və bir qədər də içdik.Söhbət əsnasında Baba Əliyev Bağırovdan soruşdu ki, nə üçün o, Beriyanı musavat zamanı ingilis əkskəşviyatındakı fəaliyyətindən xəbərdar ola-ola onu işə götürüb və gündən-günə də vəzifəsi yüksəlir?! Bağırov cavab verdi ki, Beriya əkskəşviyyata gizli partiya təşkilatı tərəfindən göndərilib. Baba Əliyev buna etiraz etdi və dedi ki, o, gizli təşkilatda çalışanların hamısını tanıyır. Beriya onların arasında olmayıb, o, əsl əkskəşviyyatçıdır.”
Nəticədə Baba Əliyev, Bağırovun göstərişi ilə həbs edildi və saxtalaşdırılmış məhkəmə işi əsasında güllələndi.
Müəyyənləşdirilmişdir ki, Bağırov Beriyanın musavat əkskəşviyyatında xidmətindən xəbərdar olan və ona siyasi inamsızlıqla yanaşan bir çox köhnə kommunistlərə divan tutmuşdur.
1923-cü ildə Ulyanov, Pleşşakov və mən Bakı klublarınəın birində olarkən eşitdik ki, Beriya Zaqafqaziya vilayən komitəsinin katibi təyin olunub.
Beriyanı şəxsən tanıdığımız üçün narazılığımızı bildirdik və belə hesab etdik ki,keçmiş musavat polisində xidmət etdiyi üçün Beriya bu cür məsul vəzifəni tuta bilməz.
Bizimlə bir yerdə olan Tere qulov söhbətlərimizi Bağırova çatdırmışdı.
Məlumdur ki, 1935-ci ildə Beriyanın müəllifi olduğu “ Zaqafqaziyada bolşevik təşkilatının tarixindən” adlı kitab çıxmışdı. Şəxsən mənə neft mədənlərində keçirilən partiya yığıncaqında həmin kitabın öyrədilməsini təşkil etmək tapşırılmışdı. Mən müxtəlif bəhanələrlə bu işdən imtina etdim. Bağırov məni yanına çağırıb üstümə çığırdı, dedi ki, siz köhnə partiyaçılar başınızdan böyük işlər görürsünüz, Beriya və mənim barəmdə çox çərənnəyirsiz, dilinizi dinc qoymasanız, başınıza bəla olacaq.
Bir qədər sonra həmin adamlar həbs edildi və güllələndi.”
Azərbaycan Xalq Komissarları Soveti yanında baş arbitr vəzifəsində çalışan Dovlətov İsay İvanoviç 1937-ci il iyunun 12-də Sumbatov tərəfindən Bağırova qarşı terroçuluq aktını nəzəriyyəsini hazırlayan “fəal trotski-terroçu” kimi həbs olundu. Dövlətovun həbs olunmasına səbəb isə, onun Beriyanın musavat əkskəşfiyyatının agent-təxribatçısı kimi tanıması olmuşdu. Bu barədə Manuçarovun şahid ifadəsindən:
“Qrupumuzun üzvü Novikov musavat polisi tərəfindən yaxalanmış, bir qədər sonra isə dar ağacından asılmışdı, biz isə gizlənə bilmişdik.
Bu hadisədən bir qədər əvvəl, musavat axtarış polisi tərəfindən gizli təşkilatın bir üzvü, guya “erməni taciri” olması barədə sənədi olan Aleksandr Baqdasarov həbs edilmişdi.
Gizli təşkilat üzvlərindən biri olan Novikov “rus taciri” kimi, axtarış polis əməkdaşlarından biri ilə dil tapa bilmiş, onun vasitəsilə Baqdasarovla görüşə bilmişdi. Baqdasarovla görüşdən sonra Novikov bizə demişdi ki, Saşa bizi ehtiyatlı olmağa çağırır və xəbərdarlıq edir ki, axtarış polisində xidmət edən bir gürcü bizi məhv edə bilər.
Baqdasarovun əlində “erməni taciri” nə məxsus sənəd olduğundan rüşvət verib onu həbsdən qurtardıq. Həbsdən çıxandan sonra Baqdasarov bizə danışdı ki, polisdəki gürcü onun yanına gəlib, o vaxtlar Vilayət partiya komitəsinin katibi olan Dövlət İsayın rabitəçisi olduğunu söyləmiş. Baqdasarov həmin gürcünün təxribatına ymayıb və Dövlətovla tanışlığını danıb.
Sonralar Bakıda Sovet Hakimiyyəti qurulandan sonra, həmin gürcü əvvəl inqilab komitəsində, sonra isə FK-da işləməyə başladı. Onun adı Lavrenti Pavloviç Beriya idi.Bax, Beriyanın musavat polisində xidməti ona görə bizə məlumdur.
İstintaq zamanı Bağırovun göstərişi ilə Dövlətov möhkəm əzişdirildi. Bunu keçmiş “NKVD” əməkdaşları da təsdiq edirlər. Şahid Klimançiçin dediklərindən:
“Bağırov müstəntiq Qabrielyana əmr etdi ki, Dövlətovu döysün. Qabrielyan da Bağırovun yanında Dövlətovu döyməyə başladı.
İşgəncələrə dözə bilməyən Dövlətov nəticədə özünə və yoldaşlarına böhtan atılan istintaq protokollarını imzaladı. Məhkəmə zamanı isə verdiyi ifadələrdən imtina etdi. 1938-ci ilin avqustun 21-də saxtalaşdırılmış istintaq materiallarına əsasən, Dövlətov güllələndi.
Bağırov Beriyanın musavat keçmişində xəbərdar olaraq cinayətlərini ört-basdr etmək üçün arxiv sənədlərini oğurlayıb Beriyaya göndərməkdən, namuslu adamların həyatlarına qəsd etməkdən belə çəkinmirdisə, Beriya da öz növbəsində borclu qalmırdı. Bağırovun əməllərini ört-basdr edirdi.
Bu versiyalardan belə nəticəyə gəlinir ki, Bağırov-Beriya qanadı yetərincə musavat əkskəşviyyatında püxtələşmiş, topladığları bütün təcrübəni sovet imperiyasının köklənməsində istifadə etmişdilər. Əgər, Azərbaycan Milli Demokratik Dövlət qurucuları olan musavatçılar içlərinə təyin olunan əkskəşviyyatçıları hiss edə bilsəydilər, bəlkə də tarixin böyük uğursuzluqlarına düçar olmazdılar. Bu qara tarixin nəyi yalan, nəyi düz olduğunu dəqiq deyə bilmərəm. Lakin Dövrün şahidi olan tarixi yazan dürüst olmalıdır.


ƏKSİNQİLABÇI  ÜNSÜRLƏRİN 
MƏSULİYYƏTDƏN  KƏNARLAŞDIRILMASI   
16.03.2019.

    …Göründüyü kimi, arxiv materiallarından aydın olur ki, M.C.Bağırov bir qubalı kimi öz yerli say-seçmələrinə böyük dəstəy-arxa olub. Onun bu güclü xarakterini açan bir səhnə xüsusilə çox maraqlı və düşündürücüdür. Lakin, ümumilikdə götürsək, insan çox müəmmalı varlıqdır: onun içində mürgü döyən qeyri-adi bir şeytani-iblis mövcudiyyəti vardır. Və onun oyanması üçün, sadəcə şəraitin törənməsi lazımdır. Yalnız bu zaman insan içindəkinə çevrilərək, həqiqətləri inkar edir.

Bu arxiv sənədlərə diqqət edək:

Bundan əvvəlki səhifələrdə göstərildiyi kimi, 1919-cu ildə Bağırov, sosial  mənşəyi etibarı ilə bəy, iri mülkədar olan, fevral inqilabınadək  polis nəzarəti kapitanı və musavat parlamenti üzvü olan “Quba qəza komissarı” Əlibəy Zizikskinin müavini olmuşdur.

Zizikski öz qohumları Şıxlarski bəylərlə birlikdə Quba şəhərində və Quba qəzasında dəfələrlə erməni qırğını və qarətlər təşkil edib, öz ətrafına bəyləri  və qolçomaqları yığaraq inqilabi hərəkata qarşı fəal mübarizə aparıb. Azərbacan sovetləşəndən sonra Zizikski İrana qaçıb.

      Bağırov Azərbaycan FK-nıln sədri olandan sonra Zizikskinin Azərbaycana qayıtmasına icazə verdi və onu üzə çıxartdı.

Əlibəy Zizikskinin üzə çıxması şəraitini şahid Orucov belə göstərir:

“1920-ci ildən sonra Bağırov Bakıda Azərbaycan FK-nın sədri idi, onun katibi isə mənim dayım oğlu Hacağa Şahverdiyev idi. Şahverdiyev Bağırovla ən yaxın dost olub. Biz üçümüz birlikdə Quba şəhərində şəhər məktəbində oxuyurduq.

1922-ci ildə mən Bakıya getdim və Şahverdiyevin evinə düşdüm.

Bir dəfə işdən qayıdandan sonra Şahverdiyev mənə dedi ki, Bağırov səni yanına çağırır. Ertəsi gün mən Hacağa Şahverdiyevlə birlikdə  FK-ya – Bağırovun yanına getdim. Bağırovla biz köhnə dostlar kimi görüşdük.  O, məni çox yaxşı qarşıladı. Söhbət əsasında Bağırov məndən soruşdu ki, Əlibəy Zizikskini xatırlayırsanmı? Mən ona cavab verdim ki, əlbəttə yaxşı xatırlayıram. Söhbətimizdə Hacağa Şahverdiyev də iştirak edirdi.

Bir qədər sonra Qəni adlı mühafizəçi (familyasını bilmirəm) bildirdi ki, “onlar gəliblər.” Bağırov gənləri içəri buraxmaq barədə ona göstəriş verdi. Bağırovun otağına bir-birinin ardınca keçmiş Quba mülkədarı, Quba bəylərindən Şıxlarskinin qohumu Bəybala bəy Alpanski, Bağırovun qubalı dostlarından, Əlibəy Zizikskinin qohumu tacir Hacıbala Məmmədyarov, eləcədə Əlibəy Zizikski daxil oldular. Onlar otağa daxil olanda, Bağırov yerindən qalxaraq onları qarşıladı, hər biri ilə mehribanlıqla görüşdü, Zizikski ilə isə hətta öpüşdü.

Çox maraqlıdır ki, bir zaman Zizikskinin köməkçisi olmuş Bağırov, hazırda FK-nın sədri kimi, onun niyə gizləndiyini soruşaraq, özünün daha belə yüksək yerdə işlədiyini etiraf edir. Zizikski isə yazıq bir görkəmdə onun həbslə qorxudulduğunu söyləyir. Bağırov bu dəqiqə Zizikskinin üzə çıxarılmağı barədə sənədlərin hazırlanmasını Hacağa Şahverdiyevə tapşırıq verir. Şahvediyev həmən sənədləri hazırlayır. Sonra Bağırov möhür vurub Zizikskiyə təqdim edərək deyir ki, “Bu sənədə əsasən, bu andan etibarən Azərbaycanın istənilən yerində yaşaya bilərsən. Nə qədər mən buradayam, sənə heç bir şey ola bilməz.”

Uzun müddət Zizikski ailəsi ilə bərabər Bakıda şəxsi mülkündə yaşamış. Lakin…

…1926-cı ildə Azərbaycan BSİ-nə (Baş Siyasi İdarə) Zizikskinin əksinqilabi

fəaliyyəti barədə məlumatlar daxil olmağa başlamışdır.1928-ci ilin 6 avqustunda, (yəni Bağırov Azərbaycanda işləmədiyi vaxt)  Zizikski Azərbaycan BSİ-nin kollegiyasının qərarı ilə güllələnməyə məhkum edildi, evi isə müsadirə edildi.

Müttəhim Bağırov sonradan bildirmiş ki, Zizikskini əvvəlcə üzə çıxarıb ki, sonra onu repressiyaya uğratsın. Lakin onu ilk öncə üzə çıxarılmağı səhv olub, gərək  ilk zamandan Zizikski reressiyaya məhkum edilməli idi. Lakin Bağırov onun hansı şəraitdə üzə çıxarılmasını xatırlamır.

Göstərilən dəlillərdən, M.Ş.Musaxanovun, Ş.Məmmədovun, A.İ.Mileşkinin, S.K.Qafarlının, İ.D.Ağayevin, Q,Ağaxanovun ifadələrindən, eləcə də müttəhim Borşevin ifadələrindən tamamilə müəyyən edilmişdir ki, Bağırov Zizikskiyə himayədarlıq etmişdir. Əlibəy Zizikski M.C.Bağırovun iştirakı olmadan məsuliyyətə cəlb olunub və cəzalandırılıb. Zizikskinin qohumları – keçmiş Quba mülkədarı, Şıxlarski bəylərinin  qohumu Bəybala bəy Alpanski, eləcə də Quba alverçisi və Əlibəy Zizikskinin ögey qardaşı Hacıbala Məmmədyarov heç bir repressiyaya uğradılmamışdır. Şahidlərdən A.N.Orucovun, Q.X, Ağaxanovun və H.Şahverdiyevin ifadələrində Alpanski  və Məmmədyarov Bağırovun dostları kimi göstərilir.

Bu barədə istintaq olunan Bağırov Alpanski və Məmmədyarovla tanış olduğunu, ancaq həmin əksinqilabçıların nə üçün repressiya olunmadığını heç cürə ağlına sığışdıra bilmədiyini söylədi.

Bir daha diqqətə çatdırıram ki, 1917-ci ildə  Qubada Əlibəy Zizikskinin Bağırovdan başqa köməkçisi, iri mülkədar ailəsindən olan əksinqilabçı, musavat parlamentinin üzvü Qazı Əhməd bəy Məmmədbəyov idi.

 

       M.C.Bağırov çox doğma münasibətdə  olan Azərbalıq Komitəsinin sədri Dövlətovun evində onunla bir süfrədə çorək kəsməsinə baxmayaraq, Dövlətovun Beriyanıın musavat əksinqilabçılığını iddia etdiyinə görə onu az sonra həbs etdirib gülələtdirir. Və növbəti kadrlar da eyni rəngləri müşayət edir. Yəni qubalı mülkədar-bəylərlə görüşü səhnəsi, olduqca kəsici siyasi xarakter daşıyır. Lakin pərdəli. Sonrası isə…

Bu arxiv tarixi gerçəklərin sübutudursa… O zaman açıq-aydın görünür ki, M.C.Bağırov sırf Musavatçı olub. Bu isə normal – çox qürurverici haldır. Çünki, Azərbaycanın müstəqil Dövlət Quruculuğu əsas qanuni yol idisə, bu isə Xalq və

Müstəqil Azərbaycan uğruna  yüksək xidmətdir. Sadəcə musavat əksinqilabi fəaliyyəti kəşfiyyat xarakterli bir dövlət sirri olmuşdur. Lakin, Azərbaycanda tədriclə sovetləşmə törəndikcə, baxışlar, düşüncələr və siyasi amalca güc füqurların gedişləri damalar üzrə məqsədəuyğun formalaşmağa zəruriləşmişdir. Çünki, zamanın siyasi çalxalanmaları, yalnız hər hansı bir mənada zərurət tələb və məcbur edir. Bu isə, hökumətçilərin müəmmalı manevr və kompremisləridir. Lakin, meydanı isə, güclü olanlar tutur. Bu mənada isə qazanan Sov.İKP oldu. Bu “şirin ideologiya” yetmiş il, nəinki Azərbaycan Xalqını, hətta bütün müttəfiq dövlətlərin xalqlarını öz siyasi zəncirinə halqalaya bildi.

M.C.Bağırov Siyasi rüzgara uyğun gedişlər etmişdir. Və o, heç vaxt həqiqətləri olduğu kimi masaya qoya bilməzdi. O, siyasi məqsədinin ikinci tərəfində də bütün inkarlarını, dəstəy olduğu yerli insanlarının müsbət tərəfləri üçün etmişdir: İstintaq prosesləri zamanı, o cümlədən məhkəmə dindirilişlərində yerli qubalı ağa-bəylərinin yaxınlığını və onlarla birgə gizli musavat fəaliyyətini “xatirə yaddaşı”ndan silmişdir. Bu arxiv sənədlərindəki bəzi dumanlı versiyalar isə, tarixi araşdırmaçını çaşdırır. Bu zaman isə, əsil tarixi həqiqətləri görmək, qeyri-mümkündür. Çünki, istintaqla məhkəməyə çıxarılan hər hansı birinin qatı şantaja məruz qalması mümkün və təbiidir.
ARBS.

     … Hər zaman el arasında etiraf olunan belə bir deyim var: Filan bölgə insanları biri-birinə arxa-dayaq olur. Məsələ, naxçıvanlı, bakılı və başqa bölgənin adamı rəhbər vəzifədə olursa, öz yerlilərini də məsul yerlərə çəkir. Lakin, bu düşüncənin əksinə olaraq, qubalıların fikri isə  belədir: “Qubalılar biri-birini tutmur…”

Amma, mən apardığım araşdırmalardan açıq-aydın görürəm ki, qubalıların düşüncəsində formalaşdırdıqları düzgün deyil. Çünki, M.C.Bağırovun  tarixi səhifələrinə diqqət edilsə, bu adamın, qubalıların sovetlərdən xilası üçün necə böyük risklərə getdiyinin şahidi olmaq mümkündür. Bunlar, olduqca dəhşətli bağlantılar olmuşdur. Yəni, M.C.Bağırov öz hakimiyyət taleyini çox böyük xəyanətkar zəncirlərlə halqalamışdır. O, müdafiə etdiyi – Qubanın çox önəmli say-seçmə zəngin insanlarını iki xət üzrə cilalamışdır: Quba ağa-bəyləri qatı musavatçı olduğları bir halda, sovet quruluşuna hədsiz düşmənçi fəaliyyətdə gizli çalışmalarına baxmayaraq, yenə də onları sovet BSİ-i ideoloqiya dəyirmanının iti çarxlarından uzun müddət qoruya, himayə edə bilmişdir. Bu antisovet fəaliyyətin sirli-dumanlı keçidləri, bəlkə də musavatın yenidən bərpa oluna biləcəyi ehtimalı düşüncəsi ilə köklənmiş olmasında idi. Lakin, M.C.Bağırov və Lavrenti Beriya cütlüyü belə proqnozlarında yanılmış oldu. Bu qənaət, iki versiyadan birincisidir. İkinci versiya isə, yuxarıda qeyd edildiyi kimi, sovet quruluşunu ümumulikdə ələ keçirmək olmuşdur. Amma, M.C.Bağırov-Beriya əksinqilabi kəşfiyyat cəhdləri gözlənilən ümidləri doğrulda bilmədi. Maraqlı tərəflərdən biri də budur ki, niyə görə Əhməd Əfəndinin sıra adı Triniçin olub? Kəşviyyat hədəfimi? Əslində isə soyadı bilinməyən Əhməd Əfəndi türkdür?! Çünki, Əfəndi türk əsli deməkdir.

Əhməd Əfəndinin həbsindən sonra, bacısının Bağırova yazdığı məktubuna gəldikdə isə, əlbəttə Nemət Kamal Məlikova haklı olmuş. Çünki, qardaşını

Bağırovun əksinqilabi planları idarə etmişdir. O cümlədən, Triniçin (Əhmən Əfəndi) həbs olunduğu zaman Bağırova məktub yazaraq, ondan açıq yazmağı xahiş etmişdir. Bu tərəfi daha ziddiyətli və diqqətçəkicidir ki, o, yalnız qapalı məhkəməni istisna edərək, susacağını bildirmişdir. Lakin, Əhməd Əfəndi Triniçin işinə 1937-ci ilin iyununa qədər baxılmamış, sonra isə Azərbaycan XDİK-nin tələbi ilə oraya qaytarılmış, sonrakı taleyi isə məlum olunmamışdır.

Lakin Bağırovun dediyinə görə, Sumbatov, Triniçin kamerada özünü asaraq öldürməsi barədə məlumat vermişdir.
ARBS.

      Keçmiş Bakı neft milyonçusu Əsədullayevin oğlu, keçmiş milyoner Tağıyevin kürəkəni, çar ordusuu poruçiki, fevral inqilabından sonra Bakıda «vəhşi diviziya» təşkil edən, 1918-ci ildə sovet ordusuna qarşı mübarizə aparan Əli Əsədullayev 1921-ci ilin dekabrında Gürcüstanda həbs olundu.

Bağırovun imzaladığı 15 dekabr 1921-ci il tarixli məktuba əsasən, Əsədullayev Beriyanın imzaladığı 30 dekabr 1921-ci il tarixli orderlə həbsdən azad edilib, Bağırovun sərəncamına göndərildi. İş üzrə heç bir təhqiqat aparılmayıb.

Sonralar Əli Əsədullayev Bakı cıdır meydanında işləyirmiş, daha sonra isə arvadı ilə birlikdə İrana qaçıb.

Müttəhim Bağırov bu barədə istintaq zamanı bildirdi ki, Əsədullayevin nə üçün istintaqa cəlb olunmaması və həbs edilməməsindən xəbəri yoxdur.

Şahidlər: Qasımov Əyyub Mikayıl oğlu, Mehdiyev Əliqulu Gur oğlu göstərdilər ki, Bağırovun Əli Əsədullayevlə münasibətləri çox yaxın imiş.

Beləliklə, müəyyən olunub ki, Bağırov və onun əlaltıları Sovet hökümətinə və kommunist partiyaasına sadiq kadrlara divan tutmaqla bərabər, fəal əksinqilabçıları məsuliyyətdən uzaqlaşdırıb, onlara himayədarlıq etmişlər.

…Gördüyünüz kimi, DTK arxivini sırasınca araşdırdıqca, növbəti səhifələri boyu M.C.Bağırovun necə bir güclü şəxsiyyət olduğunun dərkinə varırıq. Keçmiş Bakı neft milyonçuları Əsədullayevlər, Tağıyevlər ona çox böyük borcludurlar. Şahidlərin dediyinə görə: Bakıda 1918-ci ildə “Vəhşi diviziya” yaradıb sovet hökumətinə qarşı mübarizə aparan Əli Əsədullayev 1921-ci ilin dekabrnda Gürcüstanda həbs olunub. Bu, dövlət “xidməti” – “sədaqəti” ilə musavatçılıq ideologiya-prinsipləri arasında çox möhtəşəm və olduqca dəhşətli bir ziddiyyətdir. Heyrətamiz dərəcədə riskin yüksək səddini aşan Bağırovun, musavatçı Əsədullayevin oğlu və H.Zeynalabdin Tağıyevin kürəkəni Əli Əsədullayev, 15 dekabr 1921-ci il tarixli məktubu əsasında Beriya imzaladığı 30 dekabr 1921- ci il tarixli orderlə azad edilib, Bağırovun sərəncamına göndərilib. İş üzrə heç bir tədqiqat aparılmayıb. Və sonda müttəhim Bağırov bu olaylardan xəbəri olmadığını açıqlamış. Əslində, şahidlərin dediyinə əsasən, Bağırovun Əli Əsədullayevlə münasibətləri çox yaxın olmuş.
ARBS.

      “Azərbaycan K (b) P MK-nin ikinci katibi, neft sənayesi sahəsində görkəmli mütəxəssis olan Əşrəf Əlizadə sərbəstdüşüncəli, hər hansı məsələyə münasibətini bildirməyi sevən adam idi. Onun fikirləri bəzən Bağırovun fikirləri ilə daban-dabana zidd olurdu. Bu da Əşrəf Əlizadənin, eləcə də onun qohumlarının şübhəlilər siyahısına salınması üçün kifayət edirdi. Bağırov Yemelyanova göstəriş verdi ki,  Əşrəf Əlizadəni siyasi cəhətcə savadsız bir şəxs kimi nəzarətə alsın.

1946-cı ilin sonlarında Əşrəf Əlizadə öz evində qaynı – o vaxtlar Azərbaycan Dövlət Təhlükəsizlik nazirinin müavini olan Ələkbər Mustafayevin yanında

Bağırov barədə bəzi sözlər söylədi. O dedi ki, Bağırov hamını qənaətcil olmağa, sadə həyat sürməyə çağırır, özü isə, ölkə müharibədən çıxdığı bir vaxtda Zuqulbadakı  bağında, yüzlərlə əsgərin zəhməti hesabına bahalı və nəhəng hovuzlar tikdirir. Bağının meyvəsini bazar qiymətləri ilə satdırır və s. Daha sonra isə Əlizadə deyib ki, yaxşı olardı ki, xərclənən vəsait hesabına neftçilər üçün istirahət evi tikdirəydi.

Mustafayev də Əlizadənin dedikləri ilə razılaşdı.

Ertəsi gün Mustafayev nazir Yemelyanovun qəbuluna çağrıldı. Yemelyanov bildirdi ki, onun Əlizadə ilə Bağırov haqqında  söhbətindən xəbərdardır  və Əlizadənin Bağırov barədəki söhbətini sözbəsöz təkrar etdi.

Çox keçmədən Mustafayev işdən azad edildi, sonra isə partiyadan da xaric olundu. Əlizadə və Mustafayevin hər hərəkəti izlənməyə başladı.”

    …DTK arxiv sənədinin bu parçasını olduğu kimi verdim ki, siyasi düşüncə savadı və hadisələrə real tərəfdən baxmaq qabiliyyəti olan insan üçün əsil tarixi həqiqətləri qavramaqda asan olsun.

Sənədlər əsasında etdiyim təhlillər, nəinki M.C.Bağırov quruluşu dövrünün, hətta tarix boyu – dövlətçilik anlayışı tətbiq olunduğu tarixdən hakimiyyətçilərin şəxsi düşüncə tərzləri qaba psixuloji nöqteyindən belə olub.

M.C.Bağırovun müəmmalı siyasi dəyişikliyi olduqca dəhşətlidir. Adamın həm sadə dolanışıq aşılaması, lakin eyni zamanda isə özünə “Zuqulba Keyfi…” yaratması… çox çətin anlaşılan yanaşmalarıdır.  M.C.Bağırov xofundan heç bir çəkinəcəyi olmayan Ə.Əlizadə, əlbəttə haqlıdır. Yəni Azərbaycan ikinci dünya müharibəsində yenicə çıxdığı bir vaxtda,  Bağırovun özünə özəl Zaqulba konfortu yaratması heç bir məntiqə, insaniyyətə sığan bir hərəkət deyil. Və bu haqsızlığı cəsarətlə etiraf etdiyinə görə, Bağırov  Əlizadə və Mustafayevi necə bir oyuna atır.

Şahid Şahanbəyov Həmzə Musabəyoviçi çekist kəşfiyatı ilə izləməklə, sonra həmən götürüb Yemelyanovun yanına gətirməklə  onlar cızdıqları gizli planlarını həyata keçirməyə  başlayırlar. DTN-nin şöbəsinin müdür müavini Kəmərskinin otağıda gətirilir. Gecə saat birə qədər burada gözləyən Musabəyoviçi sonra Yemelyanovun yanına aparırlar. Yemelyanov əvvəlcə onu söyməyə, təhqir etməyə başlamış: “Sən ikiüzlüsən, sən dövlət xainisən.” Sonra isə əsas məsələyə keçib…

Kəmərski Musabəyoviçə təzyiq nəticəsində məcbur etməyə çalışmıdır ki, Mustafayevin Əlizadə ilə əlaqəsinin olmasını müəyyənləşdirsin. Öyrənsin

ki, onlar Bağırov haqqında daha nə fikirdədirlər. Və Moskvaya gedib Mustafayevi ifşa etməsini tələb edib.

Sonra Musabəyoviç Azərbaycan Ədliyyə Nazirliyi adında Moskvaya göndərilib. Və Mustafayevlə ünsiyyəti zamanı aydın olub ki, o, heç bir türk kəşfiyyatı ilə əlaqədə olmayıb. Bu plan sadəcə onu haqqında çinayət işi açılması üçün bir bəhanədir.

Sonrakı  şahmat gedişində Kəmərski Musabəyoviçə pul vermişdi ki, Mustafayevi “qonaq etsin.” Musabəyoviç isə onun verdiyi min manatı Mustafayevin Moskvada aclıq çəkən uşaqlarına xərcləmişdi.

Musabəyov Moskvadan qayıdan da, Kəmərskiyə bildirib ki, Mustafayevin türk kəşfiyyatı ilə heç bir əlaqəsi yoxdur. Kəmərski isə bunu “general”a yəni Yemelyanova çatdıracağını söyləyib.  Lakin Kəmərski Mustafayevi növbəti bir füqura cəhd etməsini masaya çıxarır. Onu Qəmər Əlizadə ilə görüşməsini tapşırıq verir: “Qadını hulqumu zəif olur, bəlkə bir şey öyrəndin. “Sonra isə Kəmərski etiraf edib ki, “Bağırov bizə rahatlıq vermir, deyir ki, bu ailəni darmadağın etmək lazımdır.”

Musabəyoviç Kəmərskinin tapşırığı ilə Əşrəf Əlizadə ilə görüşəndə isə, Əlizadənin bütün söhbətləri Bağırovu söyməkdən ibarət olub. Bu, olduqca mükəmməl haqlı tərəfdir.

Sonra Kəmərski Musabəyovdan tələb edib ki, Əşrəf Əlizadəyə və Ələkbər Mustafayevə qarşı yalançı şər-böhtanlar hazırlasın. Bu tapşırığı bacarmayacağını söylədikdə, Yemelyanov Musabəyoviçin üstünə bağıraraq deyib: “Sən əclafsan! Ancaq başına elə oyun açacayıq ki, sonra bizi uzun müddət xatırlayacaqsan. Rədd ol buradan!”

On gündən sonra M.C.Bağırovun göstərişi ilə Azərbaycan Ədliyyə Naziri Əli Məmmədov Musabəyoviçin hüquq sistemindən qovulması haqqında əmr verib.

Əşrəf Əlizadə Azərbaycan K (b) P MK-nin büro iclasına çağrılmış, Atakişiyev isə onun “cinayətkar fəaliyyəti” barədə məruzə etmişdir. Büro iclasında iştirak edən Sumbatov- Topudidze Əşrəf Əlizadəyə belə bir sual vermişdi: “ Siz hansı kəşfiyata xidmət edirsiz –Amerika, ya türk kəşfiyatına?”

Bağırov isə öz çıxışında Əlizadəyə bildirib ki, partiya sənin arvadından boşanmasını tələb edir. Əlizadə bu tələbi yerinə yetirməyə məcbur olub. Lakin rusiyanın müxtəlif şəhərlərində həyat yoldaşı Qəmər Əlizadə ilə gislicə görüşməyə başlayıb.

Ə.Əlizadənin vəzifəsi kiçildilərək, “Azərneftkəşfiyyatı” idarəsinə rəis təyin olunub. Lakin o vəzifədən də “rəhbərliyi təmin etmədiyinə görə” azad edilib. Sonra isə Azərbaycanı məcburiyyət üzündən tərk edərək, həmişəlik yaşamaq üçün Türkmənistana gedib. Lakin iş bununla da bitmir. Bağırova xoş gəlsin deyə, Əşrəf Əlizadəyə, xanımı Qəmər Əlizadəyə və Ələkbər Mustafayevə qarşı Yemelyanov yeni təxribatlara əl atmışdır.

Bu hadisəni, Azərbaycan Dövlət Təhlükəsizlik Nazirinin müavini Atakişiyevin Türkmənistan  Dövlət Təhlükısiz Naziri Qalkinə göndərdiyi məktubu və ondan aldığı cavab bir daha təsdiq edir.

Bundan başqa Bağırov, Ə.Əlizadənin nüfuzunu məhv etməkdən ötrü, hətta Qəmər Əlizadənin əmisi qızı vasitəsilə də, mətbuat səhifələrində hay-küy salmağa cəhdlər etmişdir. Guya Əlizadə evində alverçi saxlayırmış. Əslində isə məsələ bundan ibarətdir: Q.Əlizadənin əmisi qızı müəllimə Sürayə Tağıyeva Ordubaddan Bakıya gətirdiyi öz bağının yüz kiloqram meyvəni satıb, özünə lazımi əşyaları almışdır. Əşrəf Əlizadəni nüfuzdan salmaq üçün xanım Sürayə isə tutulub “alverçi” adı ilə məsuliyyətə cəlb edilmişdir.

Bağırov, Əşrəf Əlizadəni, xanımı Qəmər Əlizadəni və Ələkbər Mustafayevi yenə nüfuzdan salmaq üçün, növbəti təxribata sürükləməkdən ötrü, Kənd Təsərrüfatı İnstitutunun direktoru Əliqulu Fərəcovdan istifadə etmişdir. O müəmmalı şəkildə Naxçıvana ezamiyyətə göndərilir. Yolda isə növbəti stansiyaların birində qatardan düşürülüb Bakıya gətirilərək, DTN-nin daxili həbsxanasının təkadamlıq kamerasına salınmışdır.

Bir neçə gün ərzində Yemelyanov, Qasımov və Atakişiyev Fərəcova işgəncələr verərək, Ə.Əlizadənin, Qəmər Əlizadənin və Ələkbər Mustafayevin türk kəşfiyyatı ilə əlaqələrinin olması haqqında yalan məlumatlar almağa çalışmışlar.

Əliqulu Fərəcov özü bu barədə demişdir:

    “İstintaq zamanı mənə, Azərbaycan KP MK-nın keçmiş  ikinci katibi Əşrəf Əlizadəni, keçmiş DTN nazir  müavini Ələkbər Mustafayevi ləkələyən hər hansı bir hadisə danışmaq təklif olunurdu. Kəmərski və Qasımov açıq-aşıkar Ə.Əlizadənin və Mustafayevin türk kəşfiyyatı ilə əlaqəsi barədə yalan ifadə verməyimi təklif edirdilər.

Mən, sovet hökumətinə qarşı heç bir cinayət törətməyən adamlara  böhtan atmayacağımı bildirəndə, Kəmərski və Qasımov məni hədələməyə başladılar və dedilər ki, sənin vəziyyətin pisləşə bilər. İstintaq gedən otağa Yemelyanov da gəlib, yumruğunu stola vurub, mənə nalayiq sözlər dedi və bildirdi ki, əgər mən Əlizadə, Mustafayev və Ömər Faiq (Mustafayevin atalığı) barədə ifadə verməsəm, məni zirzəmidə çürüdəcək, bir daha işığ üzü görməyəcəm, gün işığına həsrət qalacağam…”

…Ə.Fərəcovun istintaqı protokolla rəsmiləşdirilməmişdir. O yenidən təkadamlıq kameraya salınmış və gecə isə Qasımovun, oradan da Yemelyanovun otağına aparılmışdır. Və bu zaman Yemelyanov  yenə onun üstünə çığıraraq, ona nalayiq sözlər deməyə başlamışdır. Fərəcov özünün namuslu adam olduğundan və namuslu adamlara böhtan atmayacağını bildirəndə, Yemelyanov onu kayserə salınmasını əmr etmişdir.
ARBS.

Ə.Fərəcov:

“ Kayserin pəncərə şüşələri sınıq olduğu üçün çox soyuq idi. Ora salınan dustaqlara daha ağır işgəncə verməkdən ötrü qəsdən sındırmışdılar. Məni kayseri də bir sutka saxladılar və nə yemək, nə su verdilər. Kayseridəki temperatur küçədəki ilə eyni olduğu üçün, mən tamamilə donmuşdum. Həmin il qış çox sərt keçmişdi. Mən yaman titrədirdim, mənə tibbi yardım göstərilməsini xahiş etdim. Mən başa düşdüm ki, burada ölsəm də, bundan kimsənin xəbəri olmayacaq. Bədənimə işləyən soyuqdan, yuxusuzluqdan və aclıqdan üzülmüş vəziyyətdə, Qasımova istədiyi ifadəni verməyə razı olduğumu bildirdim…”

…Beləliklə də, Qasımov Fərəcovun əlinə kağız-qələm verərək, onun yalan ifadə yazmasına nayil olub.

Hətta, Qəmər Əlizadənin vəkil Mirzə Hüseynovla tanışlığı barədə məlumat alan Yemelyanov, həmin vəkili tutub daxili həbsxanaya salınmasını əmr etmişdir.

M.C.Bağırov kimi sağı-solu kəsən hökmüranlar…
Əsrlər boyu belə tarix yazdırıb.

Biz eradan əvvəl və sonrakı tarixnamələri araşdırarkən eyni işgəncəli – qanlı səhnələri dərk edirik. Həqiqəti qələmə almaq, böyük riskdir. Bax, bu həyati risklərə cəsarətli addımlar ataraq, gerçəkci yazarlar gələcək nəsillər üçün çox böyük işlər həyata keçirmişlər. Və bu cild-cild kitabələrdə insanın qanını donduracaq gücdə dəhşətli xaqanların, sultanların, şahların, kralların və nəhayət prezidentlərin necə bir hakimiyyət məkrlərincə, saysız-hesabsız günahsız xalqların qanına susadığını görürük. Hökmüdarların fironluq səltənətlərinin, əslində mənası, bu. Hökmüdarlar əllərində qanlı hakimiyyətlərini saxlamaqdan ötrü, xalqları yalnız əzmək qorxusu altında zəncirləyirlər. Onların işğalçılıq nasizm ideologiyası, əsrlərin tarixi boyu  günahsız xalqların kütləvi qırğınına səbəb olmuşdur. Onlar… Allahdan qorxmurlar! Hökmüranlıq aqibətlərinin sonu isə…
XALQI MAT QOYUR!
ARBS.


Jurnallar






Kitablar