RÜŞVƏT VƏ KORRUPSİYA… BAŞ PROKURORLUQ  VƏ  JURNALİST BİNALARINDA…

Prokurorluq orqanlarının keçmiş əməkdaşı Tofiq Ağacanov sabiq baş prokuror Zakir Qaralovun həbsini tələb edir. Tofiq  Ağacanov bununla bağlı Bakı İnzibati Məhkəməsində sabiq baş prokurora qarşı iddiası üzrə məhkəmə prosesində vəsadət verib. Məhkəmə isə bu vəsadəti qəbul edib. Məlumatı təsdiqləyən Tofiq Ağacanov bildirib ki, Zakir Qaralov barəsində cinayət işinin başlanmasından ötrü xüsusi qərar qəbul edilməsinə dair tərəfindən vəsadət verilib. Hakim vəsadəti qəbul etdi və bildirdi ki, fikrini 16 iyun 2020-ci ildə bildirəcək. Mən Prezidentə də bu barədə açıq müraciət göndərmişəm, deyə o bildirib.

Keçmiş prokurorluq işçisi deyib ki, Zakir Qaralovun həbs olunması üçün ciddi əsaslar var. Onlarla fakt var.Bu faktlardan birinin araşdırılması kifayət edir ki, Zakir Qaralov barəsində cinayət işi başlanılsın. Mənimlə bir neçə nəfərin rəsmi şikayəti var. Sərəncamda olduğumuz halda əmək haklarımız verilməyib. Söhbət yüzlərlə belə prokurorluq işçisinin maaşlarından gedir. Ortada mənimsəmə cinayəti var. Mənim baş prokurorluqa qarşı sərəncamda olduğum müddətdə əmək haqqımın ödənilməsi və qanunla nəzərdə tutulan konpesasiyaların ödənilməsi haqqında iddia tələbimə dair inzibati iş üzrə baş prokurorluqun mənim adıma tərtib etdiyi əmək haqqı cədvəlində qeyd etdiyim, sərəncamda olduğu 1 iyun 2000-ci il, 14 fevral 2001-ci ilədək müddətdə mənə guya 2000-ci ilin sentyab ayında ikiyüz iyirmi beş min manat, noyabr ayında ikiyüz iyirmi beş min manat və dekabr aylarında dördyüz min manat, cəmi doqquzyüz min manat verilməsi nəzərdə göstərilsədə, lakin həmin pulların mənə ödənilməməsi, onların baş prokurorluqda mənimsənilməsi və bununla da baş prokurorluqda vəzifəli şəxslərin  hərəkətlərində dövlət əmlakının xeyli miqdarda mənimsənilməsi kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4 maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin aşkara çıxarıldığı deyə əsaslara görə, Azərbaycan  Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci də, Mülki Prossesual Məcəlləsinin 165.4-maddəsinin tələblərinə uyğun olaraq, Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə montik cinayət işinin başlanmasından ötrü xüsusi qərarda qəbul edilməsini xahiş edirəm.

 

JURNALİST BİNALARI…

Jurnalistlər üçün nəzərdə tutulan məzillərin ədalətsiz bölgüsü ilə bağlı prezident İlham Əliyevə müraciət edən bir qrup mediya işçisi Baş Prokurorluq Yanında Korrubsiyaya Qarşı Mübarizə İdarəsinə çağrılıb…

…Müraciətə imza atan 31 mediya işçisi ayrı-ayrılıqda idarədə dindirilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağrılan jurnalistlərin verdiyi məlumata görə, onlara KİVDF-dan yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, fondun keçirdiyi müsabiqədə əsasən eyni adamlara birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib.

Korrupsiya İdarəsinə çağrılan jurnalistlər , prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nun sabiq  direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanması istisna edilmir. Mediya işçilərinin ölkə başçısına müraciətlərində qeyd olunur ki,

prezident  admininstrasiyasının  keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov, Vüqar Səfərli başda olmaqla, əlaltıları vasitəsilə ona verilən vəzifədən ancaq onların hüquqlarını tapdalamaq və haklarının mənimsəməsi üçün istifadə edib. Ona yaltaqlana bilmədiyimiz üçün dövlət vəsaitilə tikilmiş iki jurnalist binasında mənzil almaq imkanından məhrum olmuş, KİVDF-dan ayrılmış qrandlardan kənarda qalmış, Mətbuat Şurasını və KİVDF-nun təşkil etdiyi heç bir tədbirə çağrılmamışıq.

Əli Həsənovun mediyaya nəzarət etdiyi dövrdə, demək olar ki, biz təcrid olmuş şəraitdə ölüm-qalım mübarizəsi aparmışıq. Ona yaltaqlananlar isə, bu müddətdə, demək olar ki, evi ola-ola, hətta bir neçə evi ola-ola ev aldılar, hətta həmin evləri kirayə verdilər.Hətta bu gün ölkənin elan saytlarında sizin göstərişinizlə ev almaq imkanı olmayan jurnalistlər üçün tikilmiş  binalarda hansısa evlərin satıldığına, kirayə verildiyinə dair elanlara rast gəlirik. Çünki, evlərin bir çoxu məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov, Vüqar Səfərli, Əflatun Amaşov tryosuna yaxın olan şəxslərə verilib. Ev alanlar siyahısında elə şəxslərin adları var ki, onların xarici ölkələri gəzmək üçün, təyyarələrdə xərclədiyi pulla şəhərin mərkəzində  villa tikmək olardı. Əlli, yüz min manata maşın sürənlər , ev almaq üçün həyat yoldaşını boşayanlar … daha  kimlər, kimlər… Bunları həmişə demişik, yazmışıq, lakin səsimizi eşitməyə qoymayıblar. Bu gün artıq onlar, Sizin bir sərəncamınızla tarixin qaranlıq arxivinə atılıblar. Lakin biz haq-ədalətin bərpa olunmasını istəyirik.

2019-cu ildən ölkəmizdə islahatların ikinci dalqası başlamış, bu gün daha güclü şəkildə  davam etməkdədir.Hüquq mühafizə orqanların sizin siyasi iradənizə söykənərək, korrupsiyaya qarşı sərt və uğurlu mübarizəsi hər bir vətəndaş kimi biz jurnalistlərin də ürəyincədir.Və biz onu dəstəkləyiriz.

2013-2017-ci ildə mənzil şəraitinin yaxşılaşdırilmasına həqiqətən ehtiyacı olan jurnalistlərin ümidləri boşa çıxmışdı. Belə ki, ictimai-siyasi məsələlər üzrə  sabiq  köməkçiniz Əli Həsənov, KİVDF-nun sabiq direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ağır şəraitdə yaşayan, mənzilə ehtiyacı olan jurnalistlərin müraciətlərini nəzərə almamışdılar. Mənzil verilməsi üçün tərtib edilən siyahıda adı olan əksəriyyət daha çox fərdi mənzili olan baş redaktor, baş redaktor müavini, redaktor, uzun müddət jurnalistikadan uzaq olan, dövlət qulluğunda işləyən  məbuat katiblərin , jurnalistikaya adiyyatı olmayan, lakin Əli Həsənova, Vüqar Səfərliyə və Əflatun Amaşıov yaxın olan şəxslərin adları qeyd olunmuşdu.

28.05.2010 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *