MÜBARİZ MƏNSİMOVUN RƏCƏB TAYYİB ƏRDOĞANA VƏ ÖLKƏ NAZİRLƏRİNƏ MÜRACİƏTİ

Cənab Prezident və ölkə nazirlərim, 14 gündür ki, heç bir günahım olmadığı halda həbsdəyəm. Bir il əvvəl 81 ve 84 yaşlı valideynlərimi xəstə olduqları üçün Azərbaycandan Türkiyəyə yanıma gətirmişəm.

Bütün dünyanı bürüyən və ölkəmizə də təsir edən koronavirusa görə, valideyinlərim üçün çox narahatam. Onlar koronavirus səbəbindən, mənim ölkə xaricində olduğumu düşünürlər.

Mənim kim olduğumu bilirsiz, tanıyırsız. Şərəfsiz Feto ve bunun kimi heç bir təşkilatla əlaqəm olmayıb. Mən günahkar deyiləm! Və sizdən xahişim budur ki, günahsız olduğum təsdiq olunana qədər, həbsim ev dustaqlığına çevrilsin. Özümdən çox valideyinlərimi düşünürəm. Məni başa düşəcəyinizə əminəm. Bütün şirkətlərimin mərkəzi Türkiyədədir. Və inanın, şirkətimə ziyan dəysə, Sizin və mənim düşmənlərimizi sevindirəcək.

İstanbul, 28.03.2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *