Azərbaycan ziyalılarının “Palmali” Şirkətlər Qrupunun Prezidenti Mübariz Mensimovun azadlığa buraxılması üçün,Türkiyə Prezidenti R.T.Erdoğana müraciəti:
“Hörmətli cənab Prezident!
Biz, bu müraciəti imzalayan bir qrup Azərbaycan ziyalısı, Palmali Şirkətlər Qrupunun təsisçisi və sahibi Mübariz Qurban oğlu Mensimovun 15 mart 2020-ci il tarixində İstanbul Baş Prokurorluğu tərəfindən saxlanılması və ondan iki gün sonra məhkəmə qərarı ilə həbs edilməsi ilə bağlı olaraq Sizə müraciət edirik. Xatırladırıq ki, cərrahiyyə əməliyatına məruz qalmış Mübariz Mənsimovun qardaş Türkiyə Cumhuriyyətində həbs olunması, Azərbaycan ictimaiyyətini, o cümlədən, bu müraciəti imzalayan ziyalıları ciddi şəkildə narahat edir.
Azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun 20 il bundan əvvəl yaratdığı və əsas fəaliyyət məkanı qardaş Türkiyə olan “Palmali” Şirkətlər Qrupu, 2018-ci ildə ”Clarkson” şirkətinin keçirdiyi araşdırmalara görə, dünya dənizçilik şirkətləri arasında 7-ci yeri tutub. 5 qitə və 7 dənizdə xidmətlər göstərən, Türkiyədə dənizçilik sənayesinə ən böyük gəlir, fayda gətirən “Palmali” Şirkətlər Qrupunda hazırda 35 minə qədər insan çalışır.
Cənab Prezident! Sizin rəhbərlik etdiyiniz dövr ərzində Türkiyə iqtisadiyatına milyardlarla dollar yatırımlar qoymuş bu şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türkiyədə həm də xeyriyyəçi kimi böyük nüfuz və hörmət qazanıb. Son 20 il ərzində 20 mindən çox tələbəyə təqaüd verən, Türkiyədə Bolu və Ardahanda 2 iptidai məktəb binasının inşasını təmin edən şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türkiyədə həm də vətənsevər, millətçi iş adamı, insanlara maddi və mənəvi dəstək olan, cəmiyyət üçün fayadalı bir şəxsiyyət olaraq tanınır və sevilir.
Möhtərəm cənab Prezident!
Mübariz Mənsimova qarşı irəli sürülən ittihamların əsassız olduğu bizdə şübhə doğurmadığından, onunla bağlı araşdırmaların ədalətli olacağına inandığımızdan,Türkiyə Ədliyyə sisteminə güvəndiyimizdən Sizə müraciət edib bilidiririk ki, Mübariz Mənsimovun qanuna zidd hərəkətlərə yol verməsi və ya onun hər hansı qanunsuz əməldə iştirak etməsi ehtimalına inanmırıq. Odur ki, biz, bu müraciətə imza atan Azərbaycan ziyalıları Sizdən xahiş edirik ki, Mübariz Mənsimovun barəsində həbs qətiimkan tədbirinin dəyişdirilməsinə və onun istintaqının onun azadlığı şəraitində aparılmasına yardımçı olasınız və bu cinayət işini öz nəzarətinizə götürəsiniz.Aparılan istintaq nəticəsində ən qısa müddətdə Mübariz Mənsimovun günahsız olaraq tanınacağına inamımız sonsuzdur. Əminik ki, Mübariz Mənsimovun bütün fəaliyyəti hər iki qardaş dövlətə: Azərbaycana və Türkiyəyə xidmət, sədaqət və sevgi üzərində qurulub. Ümidvariq ki, möhtərəm Prezident, Mübariz Mənsimovun həbsdən azad edilməsi ilə ədalətin zəfər çalmasına yardımçı olacaq, milyonlarla azərbaycanlının qəlbində bəslənilən Türkiyə sevgisini daha da gücləndirəcəksiniz.”
Dərin hörmət və ehtiramla:
Behrudi Rüstəm
Mahmud Kaşqari adına beynəlxalq mükafat laureatı, türk dünyası uluslararası şeir festifalının altun mükafatının (böyük ödül) sahibi, şair-filosof
Əzimov Hacıbaba
Tarix elmləri doktoru, professor, istiqlalçı millət vəkili, müstəqillik aktının müəllifi
Həsənli Cəmil
ABŞ-ın Vudro Vilson Mərkəzinin araşdırmaçısı, tarixçi professor
İbadoğlu Qubad
ABŞ-ın Rutgers Universitetinin iqtisadçı professoru
Qeybulla Adil
Tibb elmləri doktoru, professor
Məhərrəmli Qulu
Profüssor, qəzetçi
Məmmədov Saleh
İqtisad elmləri doktoru, professor, keçmiş maliyyə naziri
R.Bahar SONAM
Harbi araştırmaçı yazar, mühabir
“ARBS Fateh” Tarihi Araştırmalar dergisinin,
arbs.az saytnın tesisçisi ve baş redaktoru
Bakı -İstanbul, 21 mart 2020