HƏRB…

Özünə güvənən hər bir peşəkar siyasətçi, diplomatik masada topuk atmamalıdır. Belə olduqda, o həm arxaya, həm də qarşıya tepki atır, bu zaman isə hər iki tərəfin boz sifəti ilə üzləşir. Paşenyan da belədir: topal davranışı ilə gah Türkiyə əkməyinə ağız atır, gah da xristian qaşığı ilə Qarabağ qazanını ac nəfsincə çək-çevir etməyə – qarışdırmağa çalışır. Bu köhnə və mənasız kilsə simfoniyasını hər dəfə səsləndirməsi, onun həqiqətən normal olmadığını göstərir. Çünki o, ucuz qəzetçiliyi ilə qapılarda dolaşmaqla belə formalaşıb: kimi harın, kimi ac. Hər iki tip eyni yüngül çəkiyə malikdır.Paşenyanın dövlət başçısına aid heç bir diplomatik yetkinliyi yoxdur. O elə bir yaşdadır ki, ona təlim keçmək də mümkün deyil.
Paşenyanın əlində elə bir güclü kart yoxdur. Gürcüstan ledisi isə erməni həmkarı ilə ortaq çıxarlı olduğu üçün, sadəcə protokol çərçivəsi ilə onu yola verir. Çünki, Azərbaycanın Borçalı torpaqları da gürcüyan ledisinin tarixində. İran, rus, erməni və gürcü köpəkləri eyni qabdan yal içirlər.
BMTAŞ çıxardığı Qarabağ Qətnamələrinin  həyata icra edilməməsi, erməni lobbisinin gücü sayəsindədir. Baş Məclisdə bu ali sənədlərə ciddi yanaşılmır. Yanaşılsaydı, o baş sənədlər dəyərini itirməzdi. Azərbaycanın hərbinə də yol verməməyə çalışırlar.Çünki, BMTAŞ məkirli sülh məramı ilə hər iki tərəfin masasında öz bazarını yürüdür.
Əgər Azərbaycan dövlətinin başında hərb insanı olsaydı…Qarabağ torpaqları on-beş il öncə rus-erməni işğalından azad olunardı.
Manipoliyaçı manarxiya  yürütmək, səbrin sonu deməkdir. Otuz ildir Qarabağ torpaqları Ermənistanın işğalı altındadır. Saysız-hesabsız şəhidlər, əsirlər ürək yandırır. Bir milyondan artıq məcburi qaçqın-köçkün insanlar üfunətli həyat sürməkdə.  Azərbaycanın bu hədsiz acı səhifələrini hansı dövlət güc məmuru vecinə alır ki? Zəngin və keyfli həyatlarını belə də sürməyə maraqlı və buna son dərəcə çalışırlar. Onlar dünya gücləri ilə böyük, güclü xənidanlar yaradıblar.Paşenyanlarda bu səbəbləri əllərində bayraq edərək,dünya çapında at oynadırlar.
Öz sözünü isə, mütləq deməyə qadir olan yalnız tək bir güc var: HƏRB!!! Düşmənin sonu… bax buradan başlayır.

R.Bahar SONAM
Hərbi araşdırmaçı yazıçı,
jurnalist
 “ARBS Fateh” Tarixi Araşdırmalar
jurnalının və 
arbs.az saytnın təsisçisi, baş redaktoru

Leave a Reply

Your email address will not be published. Required fields are marked *