YARİM QALMIŞ TƏŞƏKKÜR…

Cənab Prezident!

Uzun müddətdir ki, MİLLƏT Dövlət tərəfindən döyüldüyü, təhqir olunduğu üçün, Sizinlə barışa bilmirəm. Amma…

“Almaniya rinqi”ndə Sizin diplomatik döyüşünüz normal idi. Məkirli düşmən başı və dünya ictimaiyyətinin diqqətində Azərbaycanın Tarixi Gerçəklərini mükəmməl sərgilədiniz. Sizin, əzəli və əbədi düşmənimiz Paşenyanın önündə duruşunuz, danışıq tərziniz sırf diplomatik jestlər, protokol çərçivəli idi. Bir dövlət başçısı kimi Sizdə əla alındı.Bu, həm də Sizin pedaqoq təcrübənizin bəhrəsidir. Lakin, “qarşınızdakı caynaqlı düşmən”in bir dövlət başçısı kimi heç bir davranış tərzi yox idi. Çünki, dövlət məktəbi ilə yetişməyib. Sadəcə, çərənçi köşə-bucaq jurnalisti kimi formalaşıb. Amma, dərin jurnalist var ki, dövlət başçısı, onun qədər mükəmməl deyil və tovuğu qədər MİLLƏTə yanmır. Paşenyan isə hap-kopla erməni millətini haylayaraq, hakimiyyəti ələ keçirdi. Sabahı da yoxdur! Lakin dağıdıcı, kor iddialidır. Bu xarakteri isə onu yalnız gülüş hədəfinə çevirmişdir. Erməni mövcudiyyədinin varlığı elə tund yalanla mayalanmışdır ki, bu günkü Azərbaycan məmurları da onların əksidir. Erməni gücləri hər zaman onlara dərin diqqət edir və bu “düşmən tiplər”dən Azərbaycana qarşı hər zaman örnək alırlar. Erməni tarixən Azərbaycan xalqına qarşı Türk Adi ilə yerində-yurdunda, işğalında, deportasiyasında və əsirliyində zülm etdiyi kimi, bu gündə 25 ildir ki, Szin hokumət məmurları MİLLƏTə sitəm edirlər. Bax, Paşenyan adlı məkirli erməni- tülkü düşmən bu acı gürçəklərə görə, ancaq padoş sifətini qızaqdıb “alman rinqi”nə çıxdı.Oturuşu-duruşu, sağa-sola dartışması ilə, Azərbaycanın əsil həqiqətlərini bəhs etməməsini özü də dərk edirdi. Azərbaycana qarşı Ermənistanın tarixi vəhşiliklərini inkar etdiyi üçün o, rəsmən xəcalət çəkirdi. Çünki, onun qarşısındakı mətbuat ekibi, çör-çop insanı deyil, əsil həqiqəti dərk edən, araşdırmaçı, dəmir xarakterli alman mətbuatı idi. Alman mətbuatı mükəmməl görürdü ki, yalanları kim sovurur?!  Ona görə də, Paşenyanın vəziyyəti, tumanını batırmış kimi, çox acınacaqlı idi. Başı çiyinlərinə batmış bədheybət kimi, əsil qozbel qarıya bənzəyirdi. Belə bir movcudiyyətin Azərbaycan Almaniyası önündə dik durması… qeyri-mümkündür.

Paşenyan deyir ki, eradan evvəl də Qarabağ Ermənistana aid olub. Rus Qafqaziyasını da qarışdırıb öz düşüncə tərzi ilə elə sərgiləyir ki…  Siz məcburən protokol cizgisini keçərək, müdaxilə etdiniz. Bu, təbiidir. Lakin ö tülkü erməni dəyirman kimi çax-çaxında idi. Mətbuat aditoriyasının onun hay-küyünün

ciddiyə almadığını da dərin həyacan içində anlayırdı. Və yekunda o tülkü Paşenyanın yalanlarına deyil, Sizin Azərbaycan həqiqətlərinə diqqət yönəltdilər. Siz Azərbaycan gerçəklərini həqiqətən mükəmməl sərgilədiniz. Sizə təşəkkür edirəm! Amma, bu təşəkkür tam deyil. Yarımçıqdır.

Paşenyan, Qarabağın tarixən Azərbaycana aid olduğunu və BMT AŞ Qətnamələrinin məzmunundakı əsil kerçəkləri inkar etməsi zamanı, həmən layiqli cavabını almalı idi. Siz gərək sakit bir təbəssümlə, elə sakitcə də ayağa qalxaraq, təmkinli addımlarla yxınlaşıb, Paşenyanın ağzına elə bir OSMANLI YUMRĞU atardız ki… o erməni tülkü yerlə bir olaydı. Bu, nəinki alman mətbuatının önündə, hətta dünya ictimaiyyətinin diqqətində çox möhtəşəm, unudulmaz bir səhifə olardı. Təəssüf ki, bu, hərbin qanunudur! Dövlətin hərb dərsləri mükəmməldir. Yarım qalmış “QEYRİ-ADİ TƏŞƏKKÜR”ü mən tamamlayacam!

R.Bahar SONAM
Hərbi araşdırmaçı yurnalist, yazıçı 
“ARBS Fateh” Tarixi Araşdırmalar jurnalının,
arbs.az  saytının təsisçisi və baş redaktoru 
Bakı-10.02.2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *