TÜRKİYƏ VƏ FETO…

O zaman…
R.T.Erdoğan və Fətullahgül münasibətləri normal yürüməkdə idi. Lakin sonra…
Tarix boyu hakimiyyət çəkişmələri, nəinki dostu-dosta, hətta qardaşı-qardaşa düşmən edib. Bu, təbii haldır.Çünki, hakimiyyət hərisliyi doğma hisslərdən güclüdür. Hakimiyyət – tükənməz sərvət qazanmaq-çalmaq deməkdir.
Əlbəttə, hakimiyyət yolu ilə çalınan maddi sərvət millətin malı-mülküdür. Hakimiyyəti zorla zəpt edənlər, tutanlar xalqın malını talan etmələri mümkündür.Çünki, onların tək məqsədləri bu yol ilə varlanmaqdır. Hakimiyyətin səlahiyyət güclüsü olduqları üçün, heç nədən çəkinməkləri yoxdur. Onlar iblis simalarını çox peşəkarcasına pərdələməyi bacarırlar.Bu kabus səddi yarıb keçmək, nə mümkün deyil, ya da millətin fövqəlbəşər gücü gərək.
Hakimiyyətə millətin sevgisi sayəsində nayil olan ekip isə, hər zaman böyük məsuliyyət hiss edir. Və onun xalqın mal-mülkünə sahib çıxması- mənimsəməsi mümkün deyil.
Tarix boyu ideal hakimiyyət sahiblərinin formalaşması, mümkün olmamışdır. Çünki, bütün dünya hakimiyyət başları biri-birindən öyrənir-sərvət toplamaqda. Topladıqları maddi sərvətləri isə, millətinin malı-mülküdür.Bir diqqət edin dünya məmləkət başlarının yaşayış tərzinə..Onların hamı biri-birinə bənzəyir: hədsiz zəngin həyat yaşayırlar, idarə etdikləri millətlər isə “zəncirlər” də sürünürlər. Bu, öz zəhmətləri hesabına kral həyat yaşayan iş adamlarına aid deyil.
Məmur psixologiyasını dəyişmək mümkün deyil.O, yalnız öz mənafeyini düşünür.Milləti düşünənlər var. Lakin, onlar çox azdır.Yaxşı ki, var. Çünki, xalqın həyatında nisbi nə gözəl şeylər varsa,onların insanlıqları gücünədir.
O zaman…
R.T.Erdoğan bir erməniyə hakimiyyət görəvi verəndə… Bakıda əksər media insanları- mətbuat, teleradioçu xəbərçiləri TÜRK LİDERİni böyük daşa basdılar. Arxivlər saxlı… Söhbət bizim hərb masada çözüləndə, mən R.Bahar SONAM fikrimi tək bir cümlə ilə ifadə etdim:”Aslan bilir nə etdiyini.”
Türkiyə fövqəlbəşər gücə sahib olduğu üçün, Avropa-Məclis başları onun üzərinə o qədər dirənirlər ki…
TÜRKİYƏ R.T.Erdoğanı, bəzən yumşaq münasibətləri münasib sanır.Lakin bu, normal dəyərləndirilmədikdə, R.T.Erdoğan “Avrobaşlar” la dişə-diş savaşır,  bundan sonra isə hər kəs öz yerinə oturmağa məcbur olur. Yəni, Aslan bildiyini mükəmməl edir.
PALMALİ…
Bəlkə də…
MÜBARİZ Mənsimovun Erdoğan-Fətullah dostluğu dönəmi Fətullahgül ilə yumşaq münasibətləri olub. Lakin, “Feto Kiyameti” törəndikdən sonra, Mübariz Mənsimov üçün “Fetullah sayfası” bağlanmış olub. Amma, son zamanlar Mübariz Mənsimovun Feto ismində hallanması… bu həqiqət deyil. Çünki, Mübariz Mənsimov öz gücünün sahibi və bu güc üzərində ticari hakimiyyətini yürütməkdə.Fətullah bağı onun nəyinə gərək?
Mübariz Mənsimov təməldə bir hərb zabiti. Yırtıq-yamaq ona gərək deyil.
Bu gün Azərbaycan dövlət işində, mətbuat köşklərində çalışan kifayət qədər “fetullahçılar” var. Mən o zamanlar “Azərbaycan” qəzetində müxbir çalışanda, “dərin insanlar”ın söylədiklərinə diqqət edərdim.Amma, bu qədərincəni düşünməzdim.
O zaman, R.T.Erdoğan Azərbaycanı “Fətullah Gülçülər”dən heç də tamam təmizləyə bilmədi.Mən isə bu mövzu ilə özümü yormaq istəmədim. Çünki, “FETO mövzusu” çox dərin bir çəkişmə. R.T.Erdoğan isə haqlı və çox güclü. HƏR ZAMAN! Həm də BMT və Avro-Şurada, İzrail, Suriya, Rusiya, İran gündəliklərində.
R.T.ERDOĞAN dünyanın fövqündə TÜRKİYƏNİN və bütün dünya  məzlumların haklarını müdafiə edən ən güclü SİASƏTÇİ NATİQDİR! R.T.Erdoğanın və Mübariz Mənsimovun hər zaman yolu açıq olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *