MİLLƏTİN YOX, ÖZ KEYFİNİN VƏKİLİ

Son zamanlar yeni dönəmdə parlamentdə kürsü tutmaq üçün, köhnə və yeni baş qaldıran şəxslər xalqın içinə dağılaraq, sevgi-inam qazanmağa çalışırlar. Çox gülməlidir. Sovetdən qopalı milli parlamentdə boy-boy adamlar yoxsul millətə bol-bol sirin vedlər verərək, yüksək kürsülərə nayil oldular.Lakin heç biri sözünü tutmadı. Uzun illər qazandıqları parlament pasaportları sayəsində tək özlərinin həyat tərzini yüksəltdilər.Bu haqda o qədər danışılıb ki, artıq “millət vəkili” sözündən insanlar iyrənir.Əslində, onlar hökumət vəkilidirlər. Çünki onları prezident seçir. Əlbəttə, güclü vəsait hesabına.

TÜRK TV əməkdaşları… 25 il Azərbaycan Parlamentini tutan –millətin adını daşıyan adamların 25 ildə nə etdiklərini araşdırmış, onların yalnız özləri üçün böyük sərvət yaratdıqlarını ortaya çıxarmışlar. Onların səlahiyyətləri hesabına qazandıqları var-dövlət, xalqın rəzalətli yoxsul həyatı ilə daban-dabana ziddir.  Çox ağrılı sənədli bir filmdir. Bu cənnət və cəhənnəm həyatı Azərbaycan xalqı seyr edəcək. Və bu da yeni dönəm.
25 ildə hokumət parlamentarlarının həll edə bilmədikləri millətin qalaq-qalaq problemlərini bu yeni sifətlər həll edəcək? Guya hökumət başı onları eşidəcək? MƏGƏR… dövlətin başçısı, millətin rəzalətli yoxsulluğunu görmürdü, bu gün də görmür?  Əlbəttə görür!

Şamaxı səfərində dövlət başçısı  millətin yoxsul daxmasına girdi və şahidi olduğu dəhşətli insan həyatından heç heyrətlənmədi də. Dam-baca uçulub adamın başına tökülürdü.  Bax, 25 illik hakimiyyəti sürəcə dərdli millətin bu cür həyatına nə verdi ki?

Şamaxıdan qayıdandan sonra, gördüklərini cah-cəlallı sarayında  unutdu getdi.

2015-ci il parlament seçimində mən R.Bahar SONAM da öz namizədliyimi vermişdim…

Mən əvvəl inanıram… sonra isə sadəcə oyun olduğunu görürəm. Və daha əzəlki inam olmur. Ümumiyyətlə, hökumət yürütümündə, heç bir səmimiyyətdən söz güdə bilməz. Vəd verənlər məkirli, inananlar isə cahil varlıqlardır. Hokumət məkirçiləri xalqın cahilliyini gözəl bilirlər və bu mexanizimdən öz mənafeyləri üçün hər zaman istifadə edirlər. Ümumiyyətlə, qorxu elə bir virusdur ki, bu yalnız məsum kütləyə aiddir. Hökumətçilər də bu zəif detaldan istifadə edirlər. Yəni, millət haqqını tələb etmək üçün hər hansı bir sərbəst addım atdıqda, o zaman hökumət “kabus əli”ni onun başı üzərinə qaldırıır. Millət can versə belə, yenə geri çəkilməyə, susmağa məhkum edilir.

Belə hökumət yürütümü, əslində, pərdə arxası bir QUMAR… və hər bir məmur öz güc KARTı ilə hərəkət edir. Bu gerçəyi millətin sağlam gücləri dərk edir və aşikar görür. Onlar milləti uğruna məğlubedilməz fədailərdirlər.Milləti yalnız onlar irəli aparır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *