HEYDƏR  ƏLİYEV

Sizdən sonra…

Mən heç bir vaxt Sizin xalq üçün gördüyünüz böyük işlərinizi inkar etmədim. Siz xalqı böyük fəlakətdən xilas etdiniz. Amma, Sizdən sonra gör nələr oldu?! Sizin səlahiyyət başına təyin etdiyiniz məmur darğalar Sizin xilas etdiyiniz xalqı əzirlər, hesiyyatını ayaqlar altına atırlar. Sizin xilas etdiyiniz xalqı hər zaman əzib keçirlər: həm Azərbaycanda, həm də düşmən erməni əsirliyində. Və qəriblikdə yaşayanlar daha ağrılı VƏTƏN DƏRDLİ.

Biz elə sanırdıq ki, müstəqil olandan sonra rusun qopardıqlarından xalq bəhrələnəcək. Amma, belə olmadı. Rus sovetindən daha artıq xalqın sərvətini çaldı, çapdı Sizin dövlət xozeyinləriniz. Hər bir firon nazirin və digər güc məmurun tükənməz sərvəti var. Siz bu gün yaşasaydız, imkan verərdiz  onların belə manipoliyaçılaşmasına- xalqın dövlət möhrü hesabına böyük sərvət toplamasına?

Xalqı qorxu ilə deyil, sevgi ilə bəsləmək lazımdır. Bu, Allahın yoludur. Mən R.Bahar SONAM bu yolu gedirəm. Və heç nədən qorxmuram!

Bakı. 07.02.2020  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *