MÜBARİZ…



Mübariz Mənsimov:

Azərbaycandan kənarda yaşayan mühacirlərə və onlara qarşı qərəzli konpaniyalar aparan bəzi qüvvələrə müraciət edib:

Biz azərbaycanlılar qədim və şərəfli tarix sahibiyik. Yüksək mədəniyyət, mərdlik və igidlərimizlə seçilərək, biz mübarizənidə, savaşları da kişi kimi aparmışıq. Sözüm mühacirlərə və onları zorla mühacir edənlərədir. Niyə yola getmirsiz? Axı, eyni yolda-Azərbaycan yolundasız. Adınızı mühacir qoyub söyüş və ədəbsizliklərlə kimə nəyi göstərirsiz? Məgər bu, mübarizə yoludur? Yaxud sizi mühacir edənlər ailələri polislə hədələyib, ana-bacıları evlərdən aparmaqla mübarizə aparırsız? Yaxud ailə üzvlərini onlardan imtina etdirirsiz? Budur mübarizə? Əsla! Bu, yol deyil. Uçurumdur! Biri həbs etdirir, biri ayaq altı qazır, biri qrand davası edir, başqası rütbə. Niyə imkan vermirsiz ki, bu adamlar vətəninə dönsünlər?! Buraxın evlərinə gəlsinlər, mübarizəni evin kənarında deyil, içndə aparsınlar. İmkan verin onlar sözünü desinlər, haqlarını istəsinlər. İşləməyən məmurları tənqid etsinlər.Millət vəkillərinə vəzifələrini xatırlatsınlar. İmkan verin onlar həmvətənlərini deyil, düşmənlərimizi söysünlər. Niyə bir-birinizə düşmən kəsilirsiniz? Düşmənimiz yoxdur? Bizim axı, dərdimiz də var, düşmənimiz də. Bütün gücünüzü, qüvvətinizi ora yönləndirsəniz,dünya sizin mənasız iç davanızdan deyil, erməni faşistlərinin –sizin əsil düşməninizin cinayətindən xəbərdar olar. Nümunə axtarırsınız? Azərbaycanın qurucusu Məmməd Əmin Rəsulzadə həyatının  böyük qismini mühacirətdə yaşayıb, xalqını təbliğ edib. Vətəninin azadlığı uğrunda kişi kimi mücadilə aparıb. Bu, mübarizə nə qədər ağır olsa da,heç vaxt təhqirlərə, ədəbsizliklərə, kişiyə yaraşmayan sözlərə yol verməyib. Şünki, onun hər bir hərkəti, hər bir ifadəsi mənsub olduğu millətin, xalqın səviyyəsinin göztəricisidir. Mühacir həyatı heç kimi vətənin, millətin, dövlətin adını-sanını qorumağ məsuliyyətindən azad etmir. Bir tərəfdən də özlərini fədai adlandıran qoçular peyda olublar. Guya dövləti qoruyurlar. Gedin, hələ özünüzü qorumağa çalışın. Başlarından yekə danışıb, hədə-qorxu gəlirlər. Siz, heç olmasa, əsgər getmisiniz? Fədai sözündən, bu sözün məsuliyyətindən bixəbər olanlar, dayılarına arxalanan harınlamış cocuqlar, dövləti kimdən qoruyursuz? Xalqdan? Unutmayın ki, dövlət xalqın, xalq isə dövlətindir. Dövlət xalqla dövlətlənir.  Və dövləti qorumağ üçün bu xalqa fəda olmaq lazımdır.

arbs.az

11.08.2019

Leave a Reply

Your email address will not be published. Required fields are marked *